Alfa Romeo şirkəti markanın yarış tarixinə və Formula 1 çempionatına qayıdışına həsr edilmiş Giulia Quadrifoglio və Stelvio Quadrifoglio modellərinin xüsusi versiyalarını təqdim edib. Məhdud saylı Alfa Romeo Racing seriyasından olan avtomobillər C38 bolidinin livreyasının üslubunda rəng sxeminə malik olacaqdırlar.

QV Alfa Romeo Racing xəttinin təchizatına qırmızı tikişləri və karbondan karkasları olan Sparco oturacaqları, ötürmələr qutusunun karbondan işləmələri olan Mopar dəstəyi, dəri və alkantara ilə tərtib edilmiş sükan çarxı daxildir.  

Giulia QV Alfa Romeo Racing sedanı karbondan dama, cilalanmış 19-düymlük təkər disklərinə və qırmızı rəngli supportları olan karbon-saxsı əyləc mexanizmlərinə sahib olub. Stelvio QV Alfa Romeo Racing modeli isə, bunlara  əlavə olaraq 20-düymlük təkər diskləri ilə təchiz edilir. Bundan başqa, xüsusi seriyadan olan avtomobillər səsi Alfa Romeo mühəndisləri tərəfindən tənzimlənmiş və titandan hazırlanmış Akrapoviç buraxılış sisteminə sahib olub.

Xüsusi Alfa Romeo modelləri standart olaraq adaptive kruiz-kontrol, Harman Kardon səs sistemi, 8,8 düymlük displeyi olan və smartfonları dəstəkləyən Alfa Connect 3D Nav multimedia sistemi ilə təchiz edilirlər. Bundan başqa, avadanlıq siyahısına elektronika idarələnən amortizatorları olan adaptive asqı, drtma vektoruna nəzarət sistemi və “Yarış” profile olan idarəetmə elektronikasının hərəkət rejimlərinin selektoru daxil edilib.

Xüsusi seriyadan olan Giulia Quadrifoglio və Stelvio Quadrifoglio modelləri 510 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edən 2,9-litrlik biturbomühərrik ilə təchiz edilirlər. Güc aqreqatı səkkiz diapazonlu “avtomat” ilə tandemdə çalışırlar. 100 km/saat həddini toplamağa sedana 3,9, krossoverə isə, 3,8 saniyə gərəkdir.

Xüsusi seriyadan olan modellərin kütləvi təqdimat mərasimi mart ayının əvvəlində fəaliyyətə başlayacaq Cenevrə avtosalonunda keçiriləcəkdir.