Amerikanın "National Interest" nəşri Rusiyanın ən qorxulu silahlarından birinin, beşinci nəsil hərbi təyyarələrin bir çox xüsusiyyətlərinə sahib olan çoxməqsədli Su-35 qırıcısının olduğunu iddia edir. Həqiqətən də, beynəlxalq aviasiya şoularında bu təyyarənin nümayiş etdirdiyi yüksək pilotaj elementləri bunu təsdiqləyən faktorlardan biridir.

Su-35 qırıcı təyyarəsi T-10 prototpinin bazasında hazırlanıb, dördüncü nəsil təkyerli Su-27 qırıcısının davamçısı və beşinci nəsil qırıcılarından olan Su-57’ qırıcısının sələfidir. Su-35 beşinci nəsil təyyarələrinə ən yaxın olan 4 ++ nəsilinə aiddir.

Yaranma tarixi

Ötən əsrin 90-cı illərində Rusiya beynəlxalq aviasiya sərgilərində "Su-35" adı altında ictimaiyyətə Su 27M qırıcısını göstərirdi. Lakin, yalnız üç seriya modelinin istehsal edilməsindən sonra bu proqram dayandırılmışdı. Məsələ, iqtisadi böhranın səbəb olduğu vəsait çatışmamazlığında idi. 2000-ci illərin əvvəllərində Rusiya dövlətinin rəhbərliyi və hərbi nazirliyi Sukhoi TKB-nın aviakonstruktorları qarşısında 4-cü nəsil qırıcısının daha dərin modernizasiya edilməsi tapşırığını qoymuşdu. Məqsəd NATO ölkələrinin HHQ-lərində xidmətdə olan təyyarələrdən geri qalmayan bir qırıcının yaradılması idi.

"Su-35BM" (son hərflər "böyük modernləşmə" deməkdir) kod adlı ilk prototipin yığılmasına 2006-cı ildə başlandı. Həm prototiplərin, həm də seriya modellərinin istehsalı Y.A.Qaqarin adına Komsomolsk-na-Amure aviasiya zavoduna həvalə edilmişdir. İlk təyyarə 2007-ci ildə tamamlandı, elə həmin ildə keçirilən MAKS-2007 aviasiya sərgisində yeni təyyarənin statik təqdimatı keçirildi. Çoxməqsədli təyyarənin sınaqlarına 2008-ci ildə başlanmalı idi. Bu səbədən də təqdimat statik olaraq keçirilmişdi. 

2008-ci ilin 19 fevral tarixində Saturn EİB-nin mühərrikləri ilə təchiz edilmiş Su-35 reaktiv təyyarəsi ilk dəfə səmaya qalxdı. Təyyarənin sınaqları 2010-cu ilin iyul ayında başa çatdı və 2011-ci ilin 3 may tarixində ilk seriya qırıcısının sınaqlarına start verildi. Bundan iki il sonra isə, seriya qırıcılarının ilk partiyası istimara qəbul edildi.

2015-ci ilin aprel ayında keçirilən təlimlərdə Su-35 təyyarələri ilk "hava-hava" raketlərinin buraxılmasını həyata keçirmişdilər.

Konstruksiyası

Təyyarənin konstruksiyası, sələfi olan Su-27 qırıcısının konstrukisyasına çox oxşardır, lakin iki təyyarə arasında ciddi fərqlər mövcuddur:

  • planerin artmış möhkəmliyi;
  • manevr qabiliyyətini artıran şaquli dayağın ölçüsündə artım;
  • təyyarəni yüksək manevr qabiliyyəti ilə təmin edən, idarəolunan dartma vektoruna malik olan müasir turboreaktiv mühərriklər sayəsində ön üfüqi dayaqlardan imtina edilməsi;
  • dayağın idarə edilməsinin avtomatlaşdırılması;
  • əyləc qalxanının olmaması - qırıcı istiqamətləndirici sükanlar, həmçinin füzelajın yuxarısındakı bölməyə yerləşdirilən paraşütün atılması ilə dayandırılır.

Təyyarənin planeri monoqanadın füzelyajla aparıcı gövdədə birləşdirilməsi prinsipinə uyğun olaraq qurulmuşdur. Səsdən yüksək sürətlərdəki aerodinamik xüsusiyyətlər qanadın kök axınları ilə təchiz edilməsi, uçuş və enmə zamanı isə flaponlar rolunu oynayan flaperonlar sayəsində yaxşılaşdırılıb.

Şaquli arxa dayaq iki kildən ibarətdir, üfüqi (arxa tərəfdə yerləşir) dayaqlar isə tamdönən konsollardan ibarətdirlər. Bu dayaqların eyni istiqamətdə dönməsi halında onlar hündürlük sükanı, müxtəlif istiqamətlərə döndükdə isə yana əyilmə sükanı rolunu oynayırlar.

Füzelyajın burun hissəsi "yarı monokok" şəklində hazırlanmışdır, yəni gövdənin divarının çərçivələri şpanqoutlarla gücləndirilmişdir. Orta hissədə yanacaq daşıyan çən-bölmələr və qanadın mərkəzi hissəsinin bölmələri vardır. Quyruqda - mühərrik bölməsi, quyruq və mərkəz tiri yerləşir. Sonuncu arxaya çıxaraq Su-35 qırıcısına orijinal bir görkəm verir.

Gövdənin istehsalı zamanı istifadə olunan əsas material titandır, bu material təyyarənin ağırlığını azaltmağa imkan verir. Kompozit materialdan antenna elementlərinin hazırlanması və planerin kənarlarının örtülməsi zamanı istifadə edilir. Kompozit materialların tətbiqi təyyarənin düşmənin radarlarına görünməsini azaldır. Fənərin stels texnologiyasına bənzəyən xüsusi örtüyü də eyni məqsədə xidmət edir.

Güc qurğusu

  • Beşincici nəsil təyyarə mühərriklərinin "sadələşdirilmiş" modifikasiyasını təmsil edən, forsaj kamerasına və dartma vektorunun idarəedilməsinə (DVİ) malik olan iki AL-41F1S mühərriki;
  • Kondisionerli kabinənin elektriklə təchiz edilməsi üçün istifadə olunan 105 kilovatlıq (ekvivalentdə) köməkçi güc qurğusu (KGQ).

AL-41F təyyarə mühərriklərinin mühüm xüsusiyyəti, kreyser rejimində səsdən yüksək sürət həddinin saxlanılmasıdır. Bu xüsusiyyət əhəmiyyətli yanacaq qənaətinə səbəb olur, çünki səsdən yüksək sürətlə uçuş zamanı yanacaq sərfiyyatını artıran forsaj rejimindən istifadə etmək tələb olunmur.

Təyyarənin şassisi üçdayaqlıdır, ön dayaq hərəkətin əksi istiqamətində yığışdırılır

Avionikası

Təyyarə ən yeni məlumat-idarəetmə sistemi (MİS) ilə təchiz edilmişdir. Buraya 900 millimetrlik mərhələli antenna qəfəsi (MAQ) olan "N035 Irbis» RLS-i daxildir. RLS-in hədəf aşkar etmə diapazonu:

  • Effetriv səpələnmə sahəsi (ESS) 0,01 m² olan hədəfləri - 100 kilometrə qədər;
  • ESS 0.1 m² olan - 160 km;
  • ESS 1 m² olan - 270 km;
  • ESS 3 m² olan - 400 km.

L-diapazonlu radar antennası ESS-i 0,01 m² olan obyektləri 130 km məsafədə aşkar edir. Radar cihazları optik-lokasiya stansiyası və optoelektron inteqrasiya sistemi (OEIS) ilə tamamlanır. Sistem eyni anda 30-a qədər hava hədəfinə nəzarət və səkkizə qədərinə isə atəş edə bilir. MİS-nin döyüş rejiminə keçidi avtomatlaşdırılıb. Təyyarə müxtəlif elektron mübarizə sistemləri (EMS) və lazım olduqda qruplaşmanın elektron müdafiə vasitələri quraşdırıla bilər.

Kabin avadanlıqları 2 kompüter və 3 elektron displeydən, həmçinin məlumatların ön şüşəyə holoqrafik proyeksiya sistemindən ibarətdir. Sistemlər və silahlar çoxdüyməli joystik vasitəsilə idarə olunur (buna HOTAS konsepsiyası deyilir).

Taktiki-texniki xüsusiyyətləri

Su-35 ən yüksək mənzil diapazonu, yeyin sürətlənmə və əla forsajsız sürəti nümayiş etdirir. Ən son NATO təyyarələri ilə müqayisədə çoxməqsədli Su-35 qırıcısı böyük ölçülərə və ağırlığa malikdir, lakin bunlar onun uçuş xüsusiyyətlərinə təsir etmir.

Texniki xüsusiyyətlər:

  • Gövdənin uzunluğu - 21,9 metr. 
  • Təyyarənin hündürlüyü - 5.9 metr, 
  • Qanad genişliyi - 14.75 metr, 
  • Qanad sahəsi - 62.04 m².

Təyyarə kütləsi:

  • boş - 19 ton;
  • qalxış çəkisi - 25,3 ton;
  • maksimum qalxış çəkisi - 34,5 ton;
  • yanacağın kütləsi (AYÇ əlavə etmədən) - 11,5 ton.

Mühərrikin TTX-si:

  • Dartma qüvvəsi - 2 × 8800 kq;  forsaj ilə 2 × 14 500 kq;
  • Datma vektorunun əyilmə bucağı - ± 15 °;
  • Dartma vektorunun əyilmə sürəti - 60 °/s;
  • Mühərrikini kütləsi - 1.520 kq;
  • Resursu - 4 min saat.

Uçuş xüsusiyyətləri

Su-35 qırıcısının maksimal sürəti:

  • yerə yaxın - 1.400 km/saat;
  • hündürlükdə - M = 2.25, H = 11 min metr;
  • forsajsız - M = 1.1.

Su-35 qırıcısının 1000 metr yüksəklikdə sürətlənmə xüsusiyyətləri, standart yanacaq həcminin 50% ilə:

  • 600 km/ saatdan 1100 km/saata qədər - 13,8 s;
  • 1100 km/saatdan 1300 km/saata qədər - 8 s.

Təyyarənin uçuş mənzili:

  • yerə yaxın (hündürlüyü - 200 m, sürət - M = 0.7) - 1580 km;
  • yüksəklikdə AYÇ olmadan - 3600 km;
  • yüksəklikdə iki 2 min litrlik AYÇ ilə - 4500 km.

Qırıcının praktik tavanı 20 min metrdir. Qalxma sürəti - 280 m/s təşkil edir.

Su-35-nin üstünlükləri və mənfi cəhətləri

ABŞ-ın "National Interest" dərgisi Su-35 qırıcısının Ruisyanın ən təhlükəli silahları sırasında birinci yerdə olduğunu hesab edir. Nəşrin mütəxəssisləri, Su-35 təyyarəsinin NATO təyyarələri üçün "olduqca təhlükəli" olduğu qənaətinə gəliblər.

Amerikalılar gəldikləri nəticəni belə əsaslandırırlar:

  • çoxlu sayda uzunmənzilli "hava-hava" raketlərinin mövcudluğu;
  • raketlərin səsdən yüksək sürətlərdə atılması variantı;
  • təyyarənin misilsiz yüksək manevr qabiliyyəti;
  • güclü radio elektron mübarizə vasitələri.

"National Interest" nəşrinin mütəxəssislərinin bildirdiyinıə görə, Su-35 qırıcısı yalnız 5-ci nəsil çoxməqsədli təyyarələrindən olan F-22 Raptor üçün təhlükəli deyil. Bununla belə, 11 sentyabr 2019-cu ildə Su-35 qırıcısının Alyaskanın hava məkanında F-22 ilə keçirdiyi "dostluq görüşündən" sonra, "Business Insider" analitiki Aleks Loki əks nəticəyə gəlib. O, rus təyyarəsinin daha güclü silahlarına və daha yüksək manevr qabiliyyətinə diqqət yetirməyi məsləhət görüb.

Mütəxəssislər, Su-35 qırıcılarının Suriyada F-22 Raptor təyyarələri ilə qarşılaşdığını da söyləyiblər. 23 noyabr 2017-ci ildə F-22 Raptor Suriya hökumət qüvvələrini müdafiə edən iki Su-25 hücum təyyarəsinə yaxınlaşıb və hücumu təqlid edərək manevrlər etməyə başlayıb. Xmeyim bazasından qalxan Su-35 qırıcıları hadisə yerində yaxınlaşdıqda F-22 Raptor məkanı tərk edib. Digər müşahidəçilər, Su-35 pilotunun yüksək pilotaj elementlərindən istifadə etməkdə sərbəst olduğunu bildirirlər, çünki bu qırıcıda ştopora girmə riski demək olar ki, sıfırdır. Halbuki NATO qırıcıları barədə bunu söyləmək olmaz.

2013-cü ildə Le Burjedə keçirilən nüfuzlu beynəlxalq aviasiya sərgisində Su-35 səmada göstərdiyi yüksək pilotaj elementləri ilə hər kəsin diqqətini cəlb etməyə müvəffəq olub. Tamaşaçılar Su-35S qırıcısının bir neçə dəfə yerinə yetirdiyi “blinçik” elementindən böyük həzz alıblar. “Blinçik”, sürəti azaltmadan yerində 360° dönmə elementinə deyilir. Yerli təyyarə mühəndislərindən biri, öz duyğularını gizlətmədən “... bu bir UFO-dur!” ifadəsini işlədib.

Su-35 qırıcısının çatışmazlıqları barədə məlumatı aşkar edə bilmədik. Bu qırıcı ilə əlaqəli yeganə hadisə seriya təyyarəsinin HHQ-nə qəbulundan əvvəl qeydə alınıb: 2009-cu ildə Su-35-4 prototipi qəzaya uğrayıb (pilot kataluptdan istifadə edib).

Qırıcının əsas vəzifələri

Silahları ilk növbədə quru və dəniz hədəflərini aradan qaldırmağa yönəlmiş qırıcı-bombardmançı və hücum təyyarələrindən fərqli olaraq, çoxməqsədli qırıcılar ilk növbədə hava döyüşlərində istifadə üçün nəzərdə tutulmuşdurlar. Onlardan, “hava-yer” raket hücumlarında istifadə oluna bilərlər, lakin bu qırıcıların əsas vəzifəsi düşmənin təyyarələrini, helikopterlərini və digər uçan vasitələrini məhv etməkdir. Bundan başqa, Su-35 hücüm təyyarələrini və bombardımanşıları müşayət edə bilər.

Silahları

Su-35 qırıcısı 30 millimetrlik GSh-30-1 hava topu ilə təchiz edilir. Topun döyüş sursatı 150 mərmidən ibarətdir. Qanadlarda və füzelyajın altında on iki silah asma qurğusu, yəni raketləriin asılması üçün qurğular vardır. Bu sursatların siyahısına aşağıdakı “hava-hava” raketləri daxildir:

  • orta mənzilli: 12 ədəd RVV-SD, 8 ədəd R-27ER1, 4 ədəd R-27EP1/ET1;
  • qısa mənzilli: 6 ədəd R-73 (RVV-MD).

“Hava-yer” tipli raketlərin siyahısı:

  • gəmi əleyhinə: altı X-31, X-35U və ya iki X-59M;
  • yüksək dəqiqlikli: altı X-29T və ya X-38Mxx, beş X-59MK, səkkiz KAB-500KR (OD), üç KAB-1500KR (LG);
  • idarə olunmayan: altı S-25, eyni sayda S-8.

Çoxməqsədli Su-35 qırıcı təyyarəsinin maksimal silah yükü səkkiz ton təşkil edir.