Apple şirkətinin ilk avtomobili olacaq iCar layihəsi barədə yeni detallar məlum olub. Hyundai Motor şirkəti rəsmi olaraq Amerikanın texnoloji nəhəngi ilə birlikdə batareyaların yaradılması və avtomobil yaratmaq üçün danışıqlar apardığını təsdiqləyib.

Bu günə danışıqlar ilkin mərhələdədir. Bundan əlavə, Hyundai təmsilçilərinin sözlərinə görə, Apple digər böyük avtomobil istehsalçılarını da mümkün tərəfdaşlar kimi nəzərdən keçirir və "hələlik heç bir qərar verməyib". Mümkün əməkdaşlığın elanından sonra Hyundai şirkətinin Cənubi Koreyadakı səhmləri 19%, şirkətin ümumi kapitallaşması isə 9 milyard dollar artıb.

Ancaq bundan sonra, Hyundai şirkəti bəyanatını dəyişərək, Apple barədə məlumatı çıxarıb. Bloomberg nəşrinə görə bu, məhsulları haqqında məlumatları vaxtından əvvəl açıqlamayan amerikan şirkətinin maraqları naminə edilib.

Danışıqlar uğurla başa çatarsa, Koreya istehsalçısı Apple şirkətinə yeni növ batareyaları və bir sıra digər komponentləri hazırlamağa kömək edəcəkdir - bunun üçün ABŞ-dakı Hyundai zavodlarından birindən istifadə edilə bilər. Daha sonra, elektromobilin prototipi istehsalata hazır olduqda, Hyundai şirkəti "əmtəə" nüsxələrinin istehsalına başlayacaqdır.

Bununla birlikdə, 2014-cü ildə barəsində məlumat peyda olan Apple elektrokarı tezliklə debüt etməyəcəkdir - son məlumatlara görə, elektrokar 2027-ci ildən tez işıq üzü görməyəcəkdir. Üstəlik, tarixlər dəyişməyə davam edir: dekabr ayında istehsalın 2024 və ya 2025-ci illərdə başlanğı bildirildi.

Bundan əvvəl. iCar elektrokarının müasir həmkarlarından daha böyük, eyni zamanda daha ucuz olacaq xüsusi batareyaları alacağı bildirilmişdi. Belə ki, Apple xüsusi lityum-dəmir-fosfat batareyalarından istifadə edə bilər.