Audi şirkəti seriya modelləri üçün nəzərdə tutulmuş eksperimental akvaplanlaninq sistemini sınaqdan keçirib. Yeni sistemin yaradılmasında Bosch və Italdesign şirkətləri, habelə Turində yerləşən EasyRain texnologiya firması iştirak edib.

Akvaplanlaninqi aşkarlayan və sistemi aktivləşdirən xüsusi proqram təminatını yaradan EasyRain firması, keçən yaz Bosch Mobility Solutions və Italdesign şirkətlərinin birgə hazırladığı layihəyə qoşulduğunu elan edib. Bir ildən az müddətdə tərəfdaşlar A.I.S (Aquaplaning Intelligent Solution) kompleksini işlək prototip vəziyyətinə gətirməyi və hətta seriya Audi A6 modelinə inteqrasiya etməyi bacarıblar.

Hazırda, A.I.S sistemi  bir nasosdan və iki irəli çıxa bilən forsunkadan ibarətdir. Sistem akvaplaninqin başlanğıcını aşkar etdikdə, ön təkərlərin qabağına su şırnağı vurulur. Bununla da, asphalt səthindəki həddən artıq olan su qatı "sındırılır" və təkərlərin ilişməsi bərpa edilir. Sistemin səmərəliliyi sınaq meydançasındakı testlərlə təsdiqlənib. Ən əsası isə, sistemin işləməsi üçün əlavə sensorların quraşdırılması tələb olunmur.

Lakin A.I.S layihəsinin gələcəyi hələ də qaranlıqdır. Sistemin inkişafı davam etdiriləcəkdir, lakin seriya avtomobillərində nə zaman quraşdırılacağı hələlik məlum deyil. Layihə iştirakçıları yaxın aylarda kompleksin istismarı ilə bağlı yeni məlumatları və sınaqlarla bağlı təfərrüatları təqdim etməyə söz veriblər.