18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. 27 il öncə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. "Audi Club Azerbaijan" avtomobil klubunun üzvüləri bu əlamətdar tarixi qeyd etmək üçün xüsusi tədbir keçiriblər. Klub üzvüləri Olimpiya kompleksinin qarşısındakı meydançada Audi avtomobillərindən ibarət olan "27" rəqəmini yaradıblar.

"Audi Club Azerbaijan" avtomobil klubu alman markasının dörd minə yaxın həvəskar və sahibini özündə birləşdirir. Klubun rəhbəri və layihənin ideya müəllifi olan Osman Şıxəliyev "Autograph" dərgisinə verdiyi müsahibədə bunları söyləyib: ""Audi Club Azerbaijan" avtomobil klubu olaraq Vətənimiz Azərbaycanın 18 oktyabr Müstəqillik gününün 27 - ci il dönümü şərəfinə bu video lahiyəni ərsəyə gətirdik.

Çəkilişlər iki dəfə olmaqla həm gecə, həm də gündüz aparılmişdir. Klub üzvləri öz avtomobilləri ilə çəkilişlərdə iştirak ediblər. Ümumilikdə, bu layihədə klubun 52 avtomobili iştirak edibdir. Sonunda qeyd etmək istərdim ki, klub üzvülərinin ən böyük arzusu gələcək videolarımızı işğalçılardan azad edilmiş Qarabağ torpağında çəkməkdir".