Audi şirkəti keçən həftə Los Ancelesdə keçirilmiş avtosalonda e-tron GT konseptini nümayiş etdirib. Bu gün alman istehsalçısı bizi qarşıda daha bir e-tron konseptinin gözlədiyini bildirib.Yeni konsept Audi şirkətinin elektrokarlar xəttində birinci pillədə yerləşən yığcam seriya modelinin carçısı olacaqdır. Hetçbek kuzovlu konsept Audi A3 və Volkswagen I.D. konseptinin seriya variantı ilə bənzər ölçülərə malik olmalıdır.

Yeni elektrokarın I.D. modeli ilə bənzər ölçülərə malik olması təsadüfi deyil, çünki, hər iki avtomobil elektrokarlar üçün yaradılmış MEB modul platformasında inşa ediləcəkdir. Ümumi platformanın və aqreqatlardan istifadə modelin yaradılması və istehsalı üzrə xərcləri azaltmalıdır ki, bu da elektrokarın qiymətinin daha əlçatan olmasına səbəb olmalıdır.

VW I.D. concept

Məlumdur ki, I.D. konseptinin seriya variant gələn ilin sonunda buraxılmalıdır. Bir müddət bundan öncə, Volkswagen şirkəti MEB platformasında inşa edilən I.D. ailəsinin öndən çəkişli olduğunu bildirmişdir. Bununla belə, elektrokarların əlavə elektromotorla təchiz edilən tam çəkişli variantının buraxılacağı da bildirilib.

Elektrokarların yürüş məsafəsinin WLTP metoduna əsasən 321-547 kilometr arasında olacağı da ehtimal edilir.