BMW Group konserninin keçirdiyi illik mətbuat konfransında i4 elektrik liftbeki təqdim edilib. Hələlik elektrokar haqqında təfərrüatlar açıqlanmayıb, ancaq onları yaxın həftələrdə səsləndirməyə söz veriblər. Model bazara bir neçə versiyada çıxacaqdır. Ən “uzunmənzilli” versiya 590 kilometrə qədər məsafə qət edə biləcəkdir.

BMW i4 elektrokarının bazar debütü ilin sonuna qədər baş tutmalıdır. Beşqapılı Gran Coupé, 390 kilovat və ya 530 at qüvvəsinə sahib olan M Performance versiyası da daxil olmaqla bir neçə versiyada satılacaqdır. Ən yeyin i4 modeli 100 km/saat həddinə dörd saniyəyə sürətlənə biləcək və ən “uzunmənzilli” model WLTP dövrünə əsasən 590 kilometr yol qət edə biləcəkdir. Liftbekin maksimal sürəti, iX krossoverində olduğu kimi, 200 km/saat həddində məhdudlaşdırılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt

Qeyd etmək lazımdır ki, zahiri cəhətdən i4 modeli, beşqapılı Gran Coupé versiyasına sahib olacaq BMW 4 series modelinə bənzəyir. Bununla birlikdə, mavi haşiyələr və ön bamperin yan hissələrindəki şaquli hava dəlikləri elektromobili iX3 krossoveri ilə yaxınlaşdırır. Salon, böyük ehtimalla, iX modelindəkinə bənzər olacaqdır - yəni, salonda ən azı əyri Curved Display ekranı və səkkizinci nəsil iDrive multimedia kompleksini görəcəyik. Liftbək, yalnız hidroelektrik stansiyalarının enerjisindən istifadə edərək Münhendəki zavodda istehsal ediləcəkdir.

Yeni elektromobillər ailəsinin ilk üzvü olan iX krossoveri də bu il satışa çıxarılacaqdır. İki versiya elan olunub: iX xDrive40 və iX xDrive50. Almaniyada onların qiymətləri müvafiq olaraq 77.300 və 98.000 avrodur. Ümumilikdə, 2023-cü ilə qədər BMW şirkəti bazar seqmentlərinin 90 faizini elektrikli nəqliyyat vasitələri ilə əhatə edəcək, 2025-ci ildə isə, ən yeni nəsil yanacaq mühərrikləri ilə təchiz olunmuş avtomobillər səviyyəsində yürüyüş məsafəsinə malik olan Neue Klasse adlanan modellər işıq üzü görəcəkdirlər.