Yeni nəsil BMW X5 krossoverinin İtaliya bazarındakı satışlarının başlanması ilə əlaqədar markanın yerli nümayəndəliyi maraqlı video çarx hazırlayıb. İtalyanlar Mərakeş səhrasında Mərzuqə kəndinin yaxınlığında əfsanəvi Monza trekinin 1:1 nisbətində surətini hazırlayıblar.

50 mühəndis, texnik və pilotlardan ibarət olan komanda tarixi trekin hər bir döngəsini və düzlüklərini dəqiqliklə yenidən yaradıblar. Trekin profilinin hazırlanması üçün 3500 kubmetrlik qum daşınıb. Bunun üçün dörd buldozer və dörd yük avtomobili gərək olub.

Bu layihə xOffroad dəstinə malik olan X5 modelinin imkanlarını nümayiş etdirmək üçün təşkil edilibdir. Bu dəst idarəetmə elektronikasının dörd rejimindən birini seçməyə imkan verir: qumda, daşlıqda, çınqıllıq və qarda hərəkət.