Alman istehsalçısı kupeşəkilli BMW 2 Series Gran Coupe modelinin debütünə hazırlaşır. Bu gün BMW şirkəti 2 Series Gran Coupe sedanının yeni şəkillərini dərc edib. Təsvirlər bavariya markasının sosial şəbəkələrdəki səhifələrində yerləşdirilib. Tizerlərdə yeni modelinön hissəsi, işıq texnikası, bamperləri, radiator barmaqlığı, arxa spoyleri və dam xətti əks etdirilib. Ön bamperin dizaynı və arxa bamperdəki havalandırma dəlikləri ilk şəkillərdə M235i xDrive modelinin təsvir edildiyinə işarə edir.

Yeni kupeşəkilli sedan öndənçəkişli FAAR platformasında inşa edilib. Bu platformadan BMW 1 Series modelinin istehsalında da istifadə edilir. Çox güman ki, yeni model mühərrik çeşidini və tam ötürmə konsepsiyasını da qoruyub-saxlayacaqdır. Hələlik yalnız bir mühərrik təsdiq edilib. Bu, 306 at qüvvəli 2,0-litrlik dördsilindrli turbomühərrikdir. Çox güman ki, satışların başlanğıcında baza versiyası olaraq 228i Gran Coupe modeli çıxış edəcəkdir. Bu modelin mühərriki 231 at qüvvəsi və 349 Nm hasil edəcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt

BMW 2 Series Gran Coupe modelinin əsas rəqibi Mercedes-Benz CLA-Class olmalıdır. Yeni dördqapılı kupenin qlobal model olacaq və müxtəlif bazarlarda satılacaqdır. Yeni model geniş kütlə qarşısında Los Ancelesdə keçiriləcək avtosalonda debüt edəcəkdir.