Dubayda fəaliyyət göstərən Al Ain Class Motors şirkəti “60 saniyəyə qaçırmaq” filmi üçün inşa edilmiş Ford Mustang modelini satışa çıxarıb. Nikolas Keyc və Ancelina Colinin baş rolları canlandırdığı blokbasterində iştirak edən kupe 1,3 milyon dirhəmə satılır.

Vaxtı ilə, Touchstone Pictures studiyası filmdə çəkmək üçün Kaliforniyada yerləşən Cinema Vehicle Services atelyesinə 11 ədəd eyni Ford Mustang modellərini sifariş edib. “Eleanor” alüminiumdan başlığı, Edelbrock Performer  girişi, Magnaflow buraxılışı və MSD alışması olan təkmilləşdirilmiş V8 351 C1 HiPo mühərriki ilə təchiz edilir. Mühərrikin dartma qüvvəsi arxa oxa dəstəyində “Go Baby Go” “sehirli” düyməsi olan Tremec TKO beşpilləli mexaniki qutusu vasitəsi ilə ötürülür.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Silindrlərə azot qarışığının verilməsi sistemi əlavə 120-125 at qüvvəsini təmin edir və Positraction qapanma sistemi vasitəsi ilə tətbiq edilir. Bundan başqa, avtomobil Total Control asqısı, xüsusi sifarişlə hazırlanmış təkər disklərinə, müdafiə olunmuş yarış yanacaq çəninə, Wilwood disk əyləclərinə malikdir.

Avtomobilin ön panelində Kerroll Şelbinin avtoqrafı və filmin adı həkk edilmiş lövhəcik vardır. Ön oturacaqlar arasındakı dirsəkaltıda da filmin adı həkk olunmuşdur. Xatırladaq ki, bu ilin əvvəlində Mecum hərrac evi daha bir  “Eleanor”u 852,5 min dollara satıb.