Ferrari markasının ilk krossoveri olacaq Purosangue modeli bir müddət bundan öncə debüt etmiş Ferrari Roma modeli ilə eyni platformanı bölüşəcəkdir. İtalyan şirkəti gələcək krossoverin güc aqreqatı barədə qərar qəbul etməsə də, onun qismən elektrikləşəcəyi məlumdur.

Auto Express nəşrinə müsahibə verən Ferrari şirkətinin baş mühəndisi Maykl Leyters, italyan şirkətinin paralel olaraq iki arxitekturanı inkişaf etdirəcəyini bildirib. Platformalardan biri mühərriki öndə, digəri isə arxada yerləşən modellər üçün nəzərdə tutulmuşdur. Öndə yerləşən mühərrikə malik olan Ferrari modelləri üçün nəzərdə tutulmuş platformada inşa edilmiş ilk model Roma superkarı olub. Bu platformada inşa edilən ikinci model Purosangue olmalıdır.

Image alt Image alt Image alt Image alt

Qeyd etmək gərəkdir ki, bu platformada arxa və tam ötürməyə malik olan bütov bir model xətti inşa ediləcədir. Yeni platforma elektromotorla tandemdə çalışan 6, 8 və 12 silindrli mühərriklərin quraşdırılmasına imkan verir, lakin italyan markasının mühəndislərinin fikrincə, V12 mühərrikinin elektrikləşdirilməsi iri və ağır avtomobilin yaradılmasına gətirib çıxaracaqdır. Buna görə də, böyük ehtimalla, Purosangue kiçik ölçülərə malik mühərriklə təchzi ediləcəkdir.

Ferrari Purosangue modelinin təqdimatının 2021-ci ilin sonunda keçirləcəyi ehtimal edilir. İtalyan markasının krossoveri «bazarda mövcud olan başqa krossoverə bənzəməyəcək», tamötürməli transmissiyaya, klirensi tənizmləməyə imkan verən mütərəqqi asqı sisteminə və arxa sərnişinlər üçün nəzərdə tutulmuş məlumat əyləncə sisteminə malik olacaqdır.