Brüsseldə keçirilən avtosalonda Ford şirkəti yenilənmiş Mondeo ailəsini təqdim edib. Universal kuzovlu Ford Mondeo ilk dəfə olaraq hibrid modifikasiyaya sahib olub. Yenilənmiş model səkkiz pilləli avtomatik transmissiyaya və təkmilləşdirilmiş dizael mühərriki ilə təchiz edilir.

Dizayn cəhətdən baş vermiş dəyişikliklər cüzi xarakter daşıyır. Lakin, artıq modifikasiyaları bir-birindən radiator barmaqlığının tərtibatına görə ayırd etmək olar. Məsələn, üfüqi xrom xəttələr Titanium versiyasına, qara rəngli tərtibat isə ST-Line “idman” xəttinə, “V” hərfini xatırladan güvüşü elementlərə sahib olan barmaqlıq isə bahalı və dəbdəbəli Vignale versiyasına aid olacaqdır.

Bundan başqa, Ford Mondeo duman əleyhinə fənərlərin başqa formalı bölməsinə malik olan təkmilləşdirilmiş bamperlərlə təchiz edilir. Modelin arxa fənərləri xrom zolaqla birləşdirilib.

Avtomobilin interyer tərtibatında istifadə edilən materialların keyfiyyəti yaxşılaşdırılmış, yeni dekor elementləri və transmissiyanın selektoru şayba ilə əvəzlənmişdir. Şayba səkkiz pilləli “avtomat” ilə təchiz edilən modifikasiyalarda quraşdırılır. Avtomatik qutu 150 və 190 at qüvvəli 2,0-litrlik EcoBlue dizelləri ilə təchiz edilmiş avtomobillər üçün təklif olunur. Qutu sürüş üslubuna və yol şəraitinə uyğunlaşır. Eyni zamanda, adı çəkilən dizel mühərriklərinin mexaniki ötürmələr qutu ilə təchiz edilmiş variantlarını tam çəkiş sistemi ilə də sifariş etmək mümkündür.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Mondeo ailəsinin mühərrik çeşidinə 120 at qüvvəli 2,0-litrlik dizel və 165 at qüvvəli 1,6-litrlik EcoBoost benzin mühərrikləri də daxil edilir. 187 at qüvvəli hibrid güc qurğusu isə, Atkinson dövrü ilə işləyən 2,0-litrlik benzin mühərrikini əsasına hazırlanıb. Qurğunun tərkibinə elektrik mühərriki, 1,4 kilovat-saatlıq litium-ion və elektromexaniki variator daxildir. Hibrid modifikasiyanın ortalama yanacaq sərfiyyatı sedan üçün 4,2 litr, universal üçün isə 4,4 litr təşkil edir.

Ford Mondeo modelinin təchizatına avtomatik dayanma və hərəkətə başlama funksiyası olan adaptiv kruiz-kontrol, yol nişanlarını tanıma sistemi, 8,0-düymlük ekranı olan SYNC 3 multimedia kompleksi daxil edilib. Yenilənmiş model Avropada mart ayında satılmağa başlayacaqdır. Ford şirkəti yenilənmiş ailənin satışlarının 50 faizini hibridlərin təşkil edəcəyindən əmindir.