Senyabrda keçiriləcək Frankfurt avtosalonuna bir neçə ay qalmasına baxmayaraq, Hyundai şirkəti Almaniyada nümayiş etdirəcəyi naməlum modelin ilk tizerini dərc edib. Koreyalılar yeni modelin Avropa bazarında satılacaq ciddi “oyunçulardan” biri olacağını bildirib.

Tizerdən də göründüyü kimi, naməlum model hetçbeki xatırladan kuzov formasına malkdir. Bununla belə, yeni modelin qara rəngli arxa dayaqlar sayəsində “süzən” dama malik olan yığcam krossoverin olacağı da istisna edilmir. Cənubi Koreya istehsalçısının mətbuat xidmətinin dərc etdiyi press-relizdə avtomobilin sinifində ən yaxşı təhlükəsizliyə və onlayn-xidmətlər sahəsində geniş imkanlara malik olacağı bildirilib.