Infiniti şirkəti Detroyt avtosalonunda nümayiş etdirməyi planpaşdırdığı konseptual krossoverin təsvirlərini yayıb. Infiniti QX Inspiration adlandırılan yeni konsept yapon markasının elektrik gələcəyini nümayiş etdirmək üçün yaradılıbdır. Bundan başqa, QX Inspiration konsepti bir müddət bundan əvvəl nümayiş etdirilmiş Q Inspiration konseptindəki dizayn üslubunun təkmilləşdirilmiş variantına sahib olub.

“QX Inspitarion Infiniti markası üçün yeni eranın başlanğıcıdır və bizim hansı istiqamətdə inkişaf edəcəyimizin göstəricisidir. Yeni texnologiyalar bizim bizayn fəlsəfəsini inkişaf etdirməyə imkan verir və yeni avtomobil nüvəmizin sakit gücünün təzahürüdür”, - Infiniti şirkətinin dizayn üzrə icraçı direktoru Kərim Həbib bildirib.

Image alt Image alt Image alt

Eyni zamanda Həbib, elektromobillər üçün yaradılmış yeni arxitekturanın qonaq otağı üslubunda salonun yaratmağa imkan verdiyini də bildirib. Məlumdur ki, yeni konsept xüsusi olaraq elektromobillər üçün yaradılmış modul platformasında inşa edilibdir. Infiniti şirkəti bu platformadan 20201-ci ildə seriyaya gedəcək elektrokarların inşasında istifadə edəcəkdir.