Kia şirkəti Cenevrə avtosalonunda nümayiş etdirməyi planlaşdırdığı elektrik konseptinin yeni şəkillərini dərc edib. Koreya markası bu konseptin köməyi ilə “elektrikləşməyə olan emosional yanaşma” barədə danışacaqdır. Konseptin maraqlı cəhətlərindən biri onun ön panelində dalğa şəklində düzülmüş 21 fərdi displeydir.

Konseptin ön hissəsində “pələng burnunun” yeni versiyası təsvir edilib. Gündüz hərəkət işıqlarının rolunu ifa edən işıqlanan haşiyə və loqotip XXI əsrin Kia avtomobillərinin seçilən cəhətlərindən olmalıdır. Konseptin alın şüşəsi ilə damı vahid elementi təşkil edərək arxa oturacaq cərgəsinin üzərində “ikiqat damla” şəklinə transmormasiya olur.

Konsepti məlum olan seqmentlərin heç birinə aid etmək mümkün deyil. Şirkətdən konseptin zahiri görkəmində sportkrossoverin, dəbdəbəli ailə sedanının və prakrik ofrouderin elementlərinin olduğu bildirilib.