Kia şirkəti Avropada satılacaq XCeed modelini təqdim edib. Koreyalılar yeni modeli Kia Ceed ailəsininən texnoloji cəhətdən ən mükəmməl və dəbli üzvü olduğunu bildirirlər. Koreyalılar modelin ətrafında cərəyan edən ehtitasları qızışdırmaq üçün müəyyən məlumat və tizerlər ilə bölüşmüşdülər. Hətta, krossoverin cəsus şəkilləri İnternet şəbəkəsində peyda olmuşdu da.

Bu gün isə, koreya istehsalçısı yeni modeli rəsmən təqdim edərək, onun barədə ətraflı məlumat verib. Kia XCeed beşqapılı Ceed hetçbekinin bazasında inşa edilib, lakin donorundan yeni kuzovu və hətta eksteryer dizaynı ilə seçilir. Yəqin ki, yeni krossoverin salon tərtibatının da fərqli olduğunu söyləmək yersizdir. Kia XCeed modelinin qabarit uzunluğu 4395 mm, eni - 1826 mm, hündürlüyü isə 1490 mm təşkil edir. Yeni qabaritlər avtomobilin salonunu və baqaj bölümünü daha geniş etməyə imkan verib. Avtomobilin təkər bazasının uzunluğu 2650 mm, klirensi isə  təkər disklərindən asılı olaraq 174-184 mm arasındadır.

Artıq qeyd etdiyimiz kimi, XCeed adi Kia Ceed modeli ilə eyni platformanı bölüşdüyü üçün, hər iki avtomobilin təkər bazası eynidir. Ümumi kuzov panellərinə gəldikdə isə, hər iki avtomoblin yeganə ümumi elementi onların ön qapılarıdır. İşıq texnikası da daxil olmaqla, qalan panellər krossoverdə tamamilə yenidir. Bu yolla dizaynerlər krossoverin Ceed ailəsindəki xüsusi yerini vurğulamaq istəyirlər. 

Eksteryer tərtibatının seçilən elementləri - kuzovun plastikdən hazırlanmış müdafiə qurşağı, bamperlərdəki gümüşü işləmələr, pəncərələrin gümüşü haşiyəsi və damdakı reylinqlərdir. Kia XCeed modelinin işıq texnikası tamamilə işıqdiodlarından hazırlanıb. Krossoverin salon arxitekturası digər Ceed modelləri ilə ümumi olsa da, XCeed bu seqmentdə analoq cihazlar panelini rəqəmsalı ilə əvəzləmək imkanı verən ilk avtomobildir.

Bununla belə, Kia XCeed sahibinin avtomobili iki ekranla da sifariş etmək şansı mövcuddur. Bu halda, 12,3-düymlük virtual cihazlar paneli multimedia sisteminin 10,25-düymlük sensorlu displeyi ilə qobşuluq edə bilər. Buna baxmayaraq, koreyalılar multimedia sistemini idarə etmək üçün fiziki düymələri də qoruyub-saxlayıblar.

Kia XCeed modelinin avadanlıq siyahısına UVA Connect sistemi də daxil edilibdir ki, bu sistemin köməkliyi ilə naviqasiya sistemində marşrutları tərtib etmək və yaxud məsafədən avtomobilin bir sıra parametlərinə nəzarət etmək mümkündür. Əlbəttə ki, şəxsi smartfonunuzun yardımı ilə. Bundan başqa, avtomobilin təchizatına adaptiv kruiz-kontrol, zolaqda saxlama və sürücünün yorğunluq səviyyəsinə nəzarət funksiyası, avtomatik əyləcləmə və digər yardımçı sistemlər daxil edilibdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mühərrik çeşidinə gəldikdə isə, krossover üç benzin və iki dizel aqreqatı ilə təklif edilir. Benzin turbomühərrikləri 120 at qüvvəli 1,0-litrlik, 140 at qüvvəli 1,4-litrlik və 204 at qüvvəli 1,6-litrlik aqreqatlarla təmsil olunurlar. Dizel aqreqatlarına gəldikdə isə bu, 115 və 136 at qüvvəsi hasil edən 1,6-litrlik CRDi turbodizelidir. 2020-ci ildə krossoverin hibrid modifikasiyası da debüt etməlidir. Transmissiyalar - 6-pilləli mexaniki və ya 7-pilləli iki muftalı robotlaşdırılmış qutulardır. Ötürmə - tam çəkişli sistemidir.

Kia XCeed modelinin istehsalına bu ilin avqustunda başlanacaqdır. Onun avropa bazarındakı satışların bu ilin üçüncü rübündə start veriləcəkdir. XCeed modelinin bizim bazarda debüt edəcəyi barədə məlumat verilməyib.