Lexus şirkətinin Kanadadakı nümayəndəliyi “100% yenilənə bilən tətil ruhu” ilə hərəkətə gələn Lexus HX Sleigh konseptini təqdim edib. Şirkət üçün xarakterik olmayan liftbek kuzovlu avtomobil “milyardlarla oyuncaq” daşıya bilən “məhdudiyyətsiz” həcmi olan baqaj bölməsi təklif edir. Üstəlik, konsept All-Reindeer Drive (ARD) maral tam ötürməsi ilə təchiz edilir.

Lexus HX Sleigh Concept Takumi elf sənətkarları tərəfindən yaradılıb. Liftbek ən son hibrid texnologiyalara əsaslanır və 18,3 kilometrə qədər hündürlükdə uçur. Liftbekin avadanlıq siyahısına, Santa Klausun planetin ən ucqar yerlərində belə itməsinə imkan verməyəcək, quraşdırılmış hava naviqasiya sistemi daxildir. Xüsusi olaraq hazırlanmış və həcmli səsləndirməni təmin edən Mark Levinson səs sistemi uzun uçuşlar zamanı dincəlməyə imkan verəcəkdir.

Image alt Image alt Image alt

Yuxarıda qeyd etdiyimiz kimi, konsept milyardlarla hədiyyənin yüklənməsini və boşaldılmasını asanlaşdıracaq, elektrik ötürməsi və ayaqla açılma sensoru ilə təchiz edilən “məhdudiyyətsiz” baqaj bölümü təklif edir. Üstəlik, salonda boyun qızdırıcısı olan Climate Concierge iqlimə nəzarət sistemi mövcuddur. Bütün funksiyalar sensorlu ekrandan idarə olunur, baxmayaraq salonda daha üç ekran var. Liftbekin kuzovu dördqatlı infraqırmızı boya ilə örtülmüşdür, buna görə də avtomobil hətta Şimal qütbündə də diqqətdən kənarda qalmayacaqdır.

Belə variant Santa Klaus üçün çox futuristik olduğu təqdirdə o, Bentley Flying Spur V8 Reindeer Eight sedanına keçə bilər. Sedan xüsusi qırmızı rəngə boyanmış, qızılı rəngli elementlərə və qış gecəsi mənzərələri olan dekora malikdir. Avtomobil uçmur, amma heç bir problem olmadan milyonlarla kilometr məsafə qət edə bilər.