Sony Pictures kinoşirkəti «Men in Black: International» («Qara paltarlı adamlar: Beynəlxalq») filminin ilk treylerini dərc edib. Fantastik komediya janrında çəkilən filmin qəhrəmanları «bərkgedən» Lexus RC F kupesindən istifadə edirlər. Bundan əvvəl çəlikən filmlərdə onlar Ford Crown Victoria və Mercedes-Benz E-Class modellərindən istifadə ediblər.

«Qara paltarlı adamlar» spin-offunun baş qəhrəmanları Eyç və Em adlı xəfiyyələrdir. Onların rolunu Kris Hemvort və Tessa Tompson canlandırırlar. Filmin rejissoru isə, «Forsaj» saqasının səkkizinci hissəsini cəkən F.Həri Qreydir. Filmin prodüsorlarından biri isə məşhur Stiven Spilberqdir.  Uill Smit və Tommi Li Consun qəhrəmanları spin-offda iştirak etmirlər.