Omaze xeyriyyə onlayn platforması baş mükafatı unikal Lamborghini Huracan superkarının olan lotoreyanı keçirəcəkdir. Vatikan bayrağının rənglərində haşiyələrə malik olan superkar Roma papası Fransiskə həddiyə edilmişdir. Sonradan superkar Sotheby’s hərracında 809375 avroya satılıb.

Lamborghini şirkətinin rəhbərliyi ağ rəngli Huracan superkarını Vatikanda yerləşən və papanın daimi iqamətgahı olan “Müqəddəs Martanın evi” mehmanxanasının qarşısına gətirib. Pontifik avtomobilə xeyir-dua verərək, onun kapotunu imzalayıb. Avtomobil hərracda satılaraq əldə edilən vəsait Vatikan tərəfindən İrakdakı xristian cəmiyyətinin və kilsələrinin bərpasına, həmçinin qadın-miqrantlara köməyə və Afrika əhalisinə tibbi yardım göstərilməsinə yönəldilib.

Hazırda bu avtomobili lotoreyada udmaq şansı vardır. Bunun üçün sadəcə ianə vermək gərəkdir. Uduş ehtimalı ianənin məbləğindən asılı olacaqdır. Minimum məbləğ 10 dollardır. Bu halda qələbə şansı 100 şərti xala bərabərdir. Maksimum məbləğ isə 5000 dollardır ki, buna görə 50000 xal verilir. Lotoreyadan əldə edilən vəsait müharibə və qul ticarətindən zərər görən şəxslərə köməyə yönəldiləcəkldir.

Lamborghini Huracan superkarı 610 at qüvvəsi gücü və 560 Nm fırlanma anı olan 5,2-litrlik V10 mühərriki ilə hərəkətə gəlir. Superkar 100 km/saat həddinə 3,2 saniyəyə sürətlənmək imkanına malikdir. Onun maksimal sürəti 325 km/saata bərabərdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt