Hibrid mövzusu Kemptendə fəaliyyət göstərən ABT Sportline atelyesi üçün yenilik deyil. Bir neçə il bundan əvvəl, alman tüner 1018 at qüvvəli ABT RS6-E hibridini namyiş etdirmişdi. Lakin, həmin hibrid eksperimental xarakter daşıyırdı və müştərilərə təklif edilmirdi. İndi isə, kemptenlilər hibrid avtomobilləri üçün hazırladlıqları ABT Power dəstini təqdim ediblər.

Bu dəstin tətbiq edildiyi ilk avtomobil isə Audi Q5 55 TFSI e krossoveri olub. Nəticədə, krossoverin hibrid qurğusunun gücü 367 at qüvvəsindən 425 at qüvvəsinə, fırlanma anı isə 500 Nm-dən 550 Nm-ə qədər artırılıb. Qeyd etmək lazımdır ki, mühəndislər transmissiyaya quraşdırılmış elektromotora toxunmayıblar: güc artımı əsasən krossoverin 2,0-litrlik turbomühərrikinin sayəsində olub. Onun hasilatı 252 at qüvvəsindən (370 Nm) 310 at qüvvəsinə (420 Nm) qədər artırlıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Güc aqrtımı ilə yanaşı, atelye mütəxəssisləri krossoveri iki tərtibat variantına malik olan 20-düymlük ABT GR təkər diskləri və salondakı firma dekoru ilə təchiz ediblər. Bununla belə, ABT atelyesi güc artımının dinamikaya necə təsir göstərdiyini açıqlamayıblar. Adi hibrid krossoverin 100 km/saat həddinə 5,3 saniyəyə sürətləndiyi və e14,1 kVt/saatlıq batareya sayəsində, elektrik ötürməsi ilə 42-45 kilometr arasında məsafə qət etdiyi məlumdur.

ABT Sportsline şirkətinin rəhbəri Hans-Yurgen Abt hibridlərə müraciətin vacib olduğunu bildirib. O, batareya sayəsində krossoverin ağırlıq mərkəzinin aşağı düşüdüyünü və bunun idarəetmə dinamikasına müsbət təsir etdiyini qeyd edib. Üstəlik, Abt bənzər təkmilləşdirməni krossoverin daha zəif Audi Q5 50 TFSI e variantı üçün də əlçatan olduğunu bildirib. Kemptenli mütəxəssislər Q5 50 TFSI e modelinin hibrid qurğusunun hasilatını 357 at qüvvəsi və 500 Nm-ə qədər artırmağa hazırdılar. Xatırladaq ki, standart qurğu 299 at qüvvəsi və 450 Nm təklif edir.