ABT Sportsline atelyesi 500 at qüvvəli Audi RS 3 Sportback modelinin məhdud saylı buraxılışını təqdim edib. RS3-R Sportback adlandırılmış hetçbek mühərrikin hasilatını artıran ABT Power R dəstini, yeni təkər disklərini, karbon liflindən hazırlanmış kuzov dəstini və yeni asqı komponentlərini alıb.

Güc qurğusunun iş rejimlərini birbaşa smartfondan, özəl myABT proqramı vasitəsilə idarə etmək olar. Bundan əlavə, tətbiq vasitəsilə sürət məhdudlaşdırıcısını 250-dən 300 km/saata qədər çəkmək də olar.

Standart Audi RS 3 modeli 400 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 2,5-litrlik beşsilindrli turbomühərriklə təchiz edilir. Lakin 500 at qüvvəsi əldə etmək arzusunda olanlar bunun üçün ya Manhart və ya da ABT Sportsline atelyesinə müraciət etməlidirlər.

Vuppertalda fəaliyyət göstərən Manhart atelyesi RS modelləri üçün tüninq proqramını keçən ay nümayiş etdirib, Kemptendə yerləşən ailə şirkəti isə, öz təklifini yalnız indi təqdim edib. Üstəlik, gücü artırmaqla yanaşı, RS 3 modelinin asqısı yenidən işlənəcək, sürət məhdudlaşdırıcısı 300 km/saata qədər çəkiləcək və 20-düymlük təkər diskləri quraşdırılacaqdır.

Nəticədə, 200 nüsxəlik tirajla buraxılacaq eksklüziv ABT RS3-R Sportback modeli alınıb. Hetçbek ABT Sportsline atelyesinin mühərrikin firma idarəetmə blokuna, daha səmərəli interkuler və çıxış borularının 95-millimetrlik tutqun qara rəngli ucluqları olan ikili buraxılış sisteminə sahib olub.

Mühərrik 500 at qüvvəsi və 600 Nm fırlanma anı istehsal edir ki, bu “bərkgedən” hetçbekə 100 km/saat həddini 3,8 saniyəyə deyil, 3,3 saniyəyə toplamağa imkan verir. Bir neçə hərəkət rejimi mövcuddur: onları dəyişdirmək üçün, myABT tətbiqini iOS və Android smartfonlarına yükləmək kifayətdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bundan əlavə, ABT RS3-R Sportback modelində yeni yaylar və gücləndirilmiş köndələn dayanıqlılıq stabilizatorları quraşdırılır. Bundan başqa, tənzimlənən sıxılması və geriqaytarması olan, habelə klirensi 20-40 millimetr azaldan yaylı dayaqlar təklif olunur.

Bununla yanaşı, hetçbek parlaq lak ilə örtülmüş “görünən” karbon lifindən hazırlanmış aerodinamik kuzov dəstini, 245/30 R20 ölçülü Goodyear Eagle F1 SuperSport R şinləri taxılmış 20-düymlük ABT High Performance disklərini alıb.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.