Almaniyanın məşhur AC Schnitzer tüninq atelyesi bu il özünün 35-illik yubileyini qeyd edir. 1987-ci ildə Herbert Şnitzer və Villi Kol tərəfindən yaradılmış şirkət BMW avtomobilləri və motosikllərini, eləcə də alman konserninə daxil olan MINI markasının modellərini təkmilləşdirməklə məşhurlaşıb. Yubiley ilində AC Schnitzer atelyesi BMW i4 elektrik sedanı üçün təkmilləşdirmələr proqramını hazırlayaraq, özü üçün yeni olan bazar seqmentinə addım atmaq qərarına gəlib.

Layihənin əsası kimi, G26 seriyasından olan və ikimühərrikli güc qurğusu ilə hərəkətə gələn tamötürməli BMW i4 M50 elektrik sedanı götürülüb - 10 saniyə davam edən Sport Boost rejimində elektromobilin güc qurğusu 544 at qüvvəsi və 795 Nm fırlanma anı hasil edir, bundan sonra isə, güc aqreqatının hasilat 469 at qüvvəsinə və 729 Nm-ə qədər azalır.

Tünerlər flaqman modifikasiyasının güc qurğusuna toxunmayıblar, lakin elektromobilin asıqısı üzərində çalışıblar: təkmilləşdirilmiş asqı idarəetmə xüsusiyyətlərini yaxşılaşdırmaq üçün, klirensi 20 - 25 millimetr azaldan yeni yaylar ilə təchiz edilib.

Bundan başqa, tüner 19 və ya 20 düymlük AC4 Flow Forming və ya AC1 təkər disklərini quraşdırmağı təklif edir, lakin bunun üçün təkər izini 10 millimetr artıran əlavələri quraşdırmaq gərəkdir.

Zahirən, təkərlərdən əlavə, AC Schnitzer tərəfindən təkmilləşdirilmiş elektromobili aerodinamik kuzov dəstinin karbondan hazırlanmış elementləri - ön bamperdə splitter və qanadçıqlar, arxa pəncərənin və baqaj qapağının üzərindəki spoylerlər, eləcə də arxa fənərlərin üst tərəfindəki qeyri-adi qanadcıqlar sayəsində ayırd etmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

AC Schnitzer ACS4 i 50 modelinin salonunda idman sükan çarxı, transmissiyanın alüminiumdan hazırlanmış sükanaltı dəstəkləri, alüminium örtüklü pedallar və iDrive kontrolleri, həmçinin xüsusi açar tutqacı var - bu, şirkətin bütün layihələri üçün standart dəstdir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.