AC Schnitzer tüninq atelyesi BMW X2 modelinin xDrive20d modifikasiyasını tüninq edib. 190 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən mühərrikin gücü gələcəkdə 222 at qüvəsinə qədər artılacaqdır. Bu günə tuner yalnız krossoverin eksteryerinə “əl gəzdirmək” ilə kifayətlənib.

İlk növbədə atelye mütəxəssisləri avtomobilin yaylarını dəyişiblər. Nəticədə, krossoverin klirensini 20-35 millimetr arasında azaltmaq mümkündür. Aerodinamik kuzov dəstinin tərkibinə ön splitter və baqaj qapağının üzərindəki böyük ölçülü spoiler daxil edilibdir. Hər iki komponentin avtomobilin yerəbasma gücünü artırdığı iddia olunur. AC Schnitzer imzasını hava girişlərindəki üçbucaqlı əlavələrə görə tanımaq mümkündür. Bundan başqa, tuner avtomobilin yan moldinqlərinə öz imzasını yerləşdiribdir.

Digər yenilik isə buraxılış sisteminin çıxış borularına aiddir. Bu boruların ucluqları xromdan və ya karbondan ola bilər. Əlbəttə ki, 19 və 20-düymlük firma təkər disklərini də yaddan çıxarmaq lazım deyildir. Krossoverin interyerindəki dəyişikliklər də cüzi xarakter daşıyır: firma ayaqaltıları, ötürmələr qutusunun selsktorunun, iDrive şaybasının və pedalların alüminiumdan örtükləri. Vəssəlam!  

Mənbə: Drive.ru

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt