Acura şirkətinin marketoloqları xüsusi versiyaların hazırlanmasının yeni üslunu tapıblar. PMC Edition indeksinə malik olan avtomobilləri markanın əsas konveyerində deyil, Ohayodakı Performance Manufacturing Center fabrikasında yığırlar. Xatırladaq ki, bu fabrikada Acura NSX superkarları istehsal edilir.

Bir müddət bundan öncə, bu müəssisədə Acura TLX PMC Edition modelinin buraxıldığı haqqında məlumat vermişdik. “Əllə xüsusi yığma” yolu ilə istehsal edilən sedanlar eksklyuziv avtomobilləri sevən şəxslərə ünvanlanıb. Bu günlərdə yapon markası xüsusi seriyadan olan ikinci modelin buraxılacağını bəyan edib. Bu avtomobil 3,5 litrlik V6 mühərrikinə və idman şassisinə malik olan Acura MDX A-Spec modelinin bazasında hazırlanmış Acura MDX PMC Edition krossoveridir.

Xüsusi versiyadan olan krossoverin əsas cəhəti Valencia Red Pearl rənginə boyanmış kuzovudur. İstehsalçı bu rəngin ona xüsusi dolğunluq bəxş edən nanopiqment texnologiyasına malik olduğunu bildirir. Qeyd etmək lazımdır ki, bu rəng Acura NSX modeli üçün xüsusi olaraq hazırlanıb. Çoxqatlı boyanın kuzova vurulması və cilalanması prosesi beş gün çəkir.  TLX sedanında olduğu kimi, MDX krossoverinin damı, qapı dəstəkləri, radiator barmaqlığı və təkər diskləri qara rəngə boyanır, radiator barmaqlığının haşiyəsi isə kuzov rəngindədir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Krossoverin oturacaqları alkantaradan işləmələri olan dəri ilə üzlənir, avtomobilin interyeri isə qırmızı tikişlər ilə bəzədilir. Eyni zamanda, cihazların işıqlandırılması da qırmızı rəngdədir. Sükan çarxı da xüsusi tərtibata malikdir. Nəhayət, PMC Edition tərtibatına malik olan avtomobillər dilerlərə ümumi platformalarda deyil, xüsusi bağlı avtodaşıyıcılarda çatdırırlar.

Acura MDX PMC Edition modelinin tirajı 300 nüsxə ilə məhdudlaşdırılıb. Onlardan 30 nüsxəsi Kanada üçün ayrılıb. Xüsusi krossoverin qiyməti 65 min dollar təşkil edir. Xatırladaq ki, MDX modelinin ən bahalı seriya versiyasının qiyməti 60 min dollar təşkil edir.