Bazar günü, 2 dekabr tarixində yeni CartPoint brendinin təqdimatı oldu. CartPoint - Car və Art (avtomobil və incəsənət) sözlərinin birləşməsindən yaranıb (Point - yerləşmə nöqtəsi).

Fərid Qurbanov atelyeni təqdim etdikdən sonra, onun təsisçiləri Əli MəmmədovAbbas Hacıyev söz alaraq öz tarixləri barədə danışdılar. Kiçik qarajdan başlayan ateyle sürətlə böyüyərək avtomobilsevərlərin hörmətini qazanıbdır. Atelyenin iİlk məhsul olan BMW 3-seriya E30 çox pis vəziyyətdə bazardan əldə edilərək, tamamailə sökülmüş və orijinal ehtiyat hissələri istifadə olunaraq ideal vəziyyətə gətirilmiş, həmçinin layihəhazırlanan zaman dərin tüninq işləri də görülmüşdür. Hətta,layihənintəqdimatından sonra avtomobilsevərlərin arasında E30 modeli populyarlaşmağa başlayıb. Atelyenin həmtəsisçisi Abbas Hacıyev görülmüş işlər haqqında, qarşıdakı məqsədlər və gələcək planlar barədə danışdı.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Təqdimatda atelyenin hazırladığı avtomobillər də nümayiş etdirildi. Atelye işlədiyi 2 il müddətində 100-ə yaxın avtomobil ilə çalışıb, onlardan 6 avtomobil tamamilə yenidən yaradılıbdır. Bu avtomobillər təqdimat zamanı nümayiş etdirildi. BMW 3-cü seriya E30, E36, E46 və 5-ci seriya E39 modelləri, həmçinin iki Mitsubishi Pajero avtomobili sıfırdan yığılıblar. Hal-hazırda BMW 7-seriya E38 avtomobili üzərində işlər gedir.

Çıxışlardan sonra lotereya oyunu keçirilərək qonaqlar arasında qaliblər müəyyən edildi. Qaliblərə BMW aksessaurları və Danilov markasından olanayyaqabı hədiyyə olundu. Toplaşanlar arasında nümayiş etdirilən avtomobillərə böyük maraqvar idi. Mənə buradakı avtomobillərin xüsusiyyətləri və onların üzərində aparılmış işlər barədə ətraflı məlumat verildi. Ən çox diqqətimi çəkən BMW 3-seriya E36 modeli oldu. Bu model mənə ilk atomobilimi xatırlatdı. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

CartPoint – AlishkaCustoms atelyesinin yeni brendidir. AlishkaCustoms artıq bazarda hörmət qazanmış, tanınmış və 2 illik tarixi olan atelyedir. AlishkaCustoms qrupuna CartPoint markasından əlavə, təkər disklərinin təmiri və bərpası işlərində ixtisaslaşan WheelWorks markası də daxildir. WheelWorks təkər disklərinin təmiri, rənglənməsi və xromla örtülməsi ilə məşğul olur. Əli Məmmədov söhbət zamanı gələcəkdə təkər disklərinin satışı ilə məşğul olacaq mağazanın açılması barədə planlarını açıqladı. Bu mağazada məhşur markaların istehsalı olan bahalı disklərlə yanaşı, həmçinin qiyməti daha sərfəli olan yüksək keyfiyyətli replika disklər də təklif olunacaqdır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

CartPoint müxtəlif növ xidmətlər də göstərir: bərpa, rəngləmə, elektrik işləri və peşəkar səviyyədə detallaşdırma (detailing). Sonuncu avtomobilin xarici və daxili görkəmini yüksək texnoloji vasitələrlə orijinal vəziyyətə çatdırılmasını nəzərdə tutur. Burada kompleks yuma, kuzovun, təkər disklərinin, şüşələrin təzmizlənməsi və cilalanması, interyerin, baqaj və motor bölümlərinin kimyəvi vasitələrlə təmizlənməsi xidmətləri göstərirlər.

CartPoint atelyesi H.Zardabi küç 92a ünvanında "Melissa Park" yaşayış kompleksinin avtomobil parkinqinin -2 mərtəbəsində xüsusi hazırlanmış məkanda yerləşir. İnstagramFacebook səhifələrində ətraflı məlumat ilə tanış olmaq olar. Əlaqə üçün telefon: +994 (51) 969 00 69.