Məlum olduğu kimi, AvtoVAZ şirkəti Lada Niva modelinin Almaniyaya ixracını tamamilə dayandırıb. Səbəb - rus avtomobilinin Avropada tətbiq edilən sərt ekoloji normalara cavab verməməsidir. Lakin Almaniyada yaşayan butalı köynəkli oğlanlar bu vəziyyətlə barışmaq niyyətində deyillər və müxtəlif yollarla rus ofrouderini ölkəyə gətirməyə çalışırlar. Təsdiq edilməmiş məlumatlara görə, cari ildə Almaniyaya 250 ədəd yeni Lada Niva ofrouderi gətirilib.

Bu günlərdə butalı köynəkli almanları sevindirəcək bir xəbər yayılıb - rus əsilli iş adamı Yuriy Postnikovun təsis etdiyi Partizan Motors şirkəti xüsusi seriyadan olan 50 ədəd Lada Niva modelini istehsal etməyə başlayıb: Maqdeburqda yerləşən istehsal müəssisəsi ilk Lada Niva modelini yığıb. Buraxılacaq ofrouderlər Voljsk avtomobil zavodunun 50-illik yubileyinə həsr ediliblər.

Mahiyyətcə, Almaniyada buraxılacaq ofrouder adi Lada Niva Legend modelidir. Lakin alman versiyası standart ofrouderidən artırılmış klirensi, yeni orijinal dizaynı olan yüngül lehimli diskləri. 215/65 R16 ölçülü Goodrich şinləri, təkər tağları, kapot və kandarlardakı örtmələr, ayaqaltılar, bucurqad yeri olan güc bamperləri, şnorkel, yan moldinqləri və alman Nolden firmasının yeni LED ön fənərləri ilə fərqlənir. Avtomobilin salonu qırmızı tikişləri olan süni dəri ilə üzlənir. Bundan başqa, yubiley avtomobillər xüsusi lövhəciklərə və istehsalçı tərəfindən verilən sertifikata sahib olacaqdırlar.

Belə Niva modellərini Halberştadtda yerləşən Fahrzeuge Bögelsack Service & Verkauf GmbH diler mərkəzi satacaqdır. Ən maraqlısı isə, Lada 50th Anniversary Limited Edition modelinin qiyməti 19.900 avro təşkil edəcəkdir! 

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.