Aston Martin şirkəti DBS GT Zagato kolleksiya avtomobilinin final dizaynını nümayiş etdirib. Zagato atelyesinin 100 illik yubileyinə həsr olunmuş DBS GT Zagato və DB4 GT Zagato Continuation modellərindən 19 ədəd buraxmaq planlaşdırılıb. Bu cütlük altı milyon funt sterlinqə satılacaqdırlar.

Aston Martin DBS GT Zagato modeli britaniya markasının ən yeyin seriya modeli olan DBS Superleggera kupesinin əsasında inşa edilib.  Kolleksiya avtomobili seriya variantından dəyişdirilmiş eksteryer dizaynı ilə seçilir. Istehsalçı yeni dizaynı «Zagato üslubunun təkamülü» adlandırıb. Avtomobilin əsas cəhəti karbondan hazırlanmış 108 ayrı elementi olan radiator barmaqlığıdır. Bu elementlər avtomobil dayanan zaman hərəkətsiz görünürlər. Mühərrikin işə salınması ilə birlikdə onlar da «hərəkətə» gəlirlər.

Image alt Image alt Image alt

Bundan başqa, DBS GT Zagato karbondan hazırlanmış və şüşə üçün açıq yeri olmayan bütöv dama malik olub. Sürücünün görünüş sahəsini yaxşılaşdırmaq üçün, salonda arxa kameradan alınan görüntünü əks etdirən rəqəmsal güzgü quraşdırılıb. Superkar 725 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 5,2-litrlik V12 biturbomühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı səkkiz diapazonlu ZF “avtomatı” ilə tandemdə çalışır. Aston Martin DBS GT Zagato 100 km/saat həddinə 3,4 saniyəyə sürətlənir.