Formula 1 çempionatının carı mövsümü Aston Martin komandası üçün olduqca yaxşı keçir. Britaniya komandasının ulduz pilotu Fernando Alonso artıq keçirilmiş beş Qran Prinin dördündə podiuma qalxıb, komanda özü isə Konstruktorlar Kubokunun yekun sıralamasında 102 xalla ikinci yeri tutur. Əlbəttə ki, bu nailiyyətləri hansısa şəkildə qeyd etmək gərəkdir.

Buna görə də, Britaniya istehsalçısı DBX707 krossoverinin AMR23 adlı versiyasını hazırlayıb. Xatırladaq ki, eyni indeksə Formula 1 çempionatında iştirak edən Aston Martin bolidi də malikdir. Avtomobil çempionatın təcili yardım avtomobili ilə eyni üslubda görünüşə sahib olub - əlbəttə ki, öz nüansları ilə.

Məsələn, krossover Q by Aston Martin bölməsi tərəfindən xüsusi olaraq yaradılmış Podium Green rənginə boyanıb, lakin həm Medical Car, həm də AMR23 bolidində fərqli çalardan - Racing Green rəngindən istifadə edilir. Yeri gəlmişkən, "yarış yaşılı" əyləc supportlarında qalır, lakin aksentlər Lime Green rəngindədirlər. Bu arada interyer dizaynı üçün ikirəngli Onyx Black / Eifel Green sxemi seçilib. Xüsusi versiyanın məcburi atributları - AMR23 loqoları və karbon lifindən hazırlanmış dekorativ  bəzəklərdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Texniki baxımından heç bir dəyişiklik baş verməyib, ona görə də formal olaraq alıcı sadə staylinq paketi olan avtomobili alacaqdır. Krossoverin kapotunun altında Mercedes-AMG bölməsinin məhsulu olan, 707 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki var. Aston Martin DBX707 modeli ilk “yüzlüyü” 3,3 saniyəyə yığır, onun maksimal sürəti isə saatda 310 kilometrdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.