1913-cü ildə Londonda əsası qoyulan Aston Martin şirkəti bu il özünün 110 illik yubileyini qeyd edir. İstehsalçı öz pərəstişkarlarının “ciddi şəkildə məhdudlaşdırılmış seriyanın yeni eksklüziv modelin” təqdimatından, həmçinin növbəti nəsil Aston Martin idman avtomobillərinin birincisinin debütündən məmnun qalacaqlarına söz verib. DB seriyasının 75, Ceyms Bondun əfsanəvi DB5 modelinin 60, Böyük Britaniyanın Geydon şəhərindəki qərargahının isə 20 yaşının tamam olduğu 2023-cü il bütövlükdə bayram elan edilib.

Aston Martin yeni superkar haqqında təfərrüatları açıqlamasa da, yalnız onun tirajının ciddi şəkildə məhdudlaşdırılacağını qeyd edib. Yeni modelin debütü 2023-cü ilin sonuna qədər baş tutmalıdır, ona görə də söhbətin DBS Superleggera kupesinin son versiyasının - DBS 770 Ultimate haqqında getdiyini düşünmürük – onun üzərindəki sirr pərdəsi yanvarın 18-də götürüləcəkdir. DBS 770 Ultimate modeli 499 nüsxəlik tirajla buraxılacaq və V12 mühərrikini alan son Aston Martin olacaqdır.

Aston Martin markasının yeni nəsil idman avtomobili "ultra lüks, yüksək məhsuldarlıq və enerjili idarəetmə" üzərində artan diqqət nümayiş etdirəcəkdir. Söhbət brendin ilk hibridindən gedə bilər - orta mühərrikli Valhalla superkarının ilk nüsxələri 2023-cü ilin sonuna qədər müştərilərə çatdırmalıdır. Lakin Aston Martin şirkətinin fərqli yeni modeli hazırladığı da istisna olunmur.

Britaniya brendinin yubiley avtomobilinin anonsunu 1923-cü ilin tarixi Razor Blade modeli ilə müşayət olunur. Bu günə qədər gəlib çıxan və tarixin ən ensiz yarış avtomobili sayılan ən qədim Aston Martin yarış avtomobili sayılır: avtomobilin kuzovunun eni 47 santimetrdir. O, şəkillərdə müasir Valkyrie hiperkarı ilə birlikdə təsvir edilib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.