Aston Martin şirkəti interyer dizaynı sahəsinə daxil olduqdan, ilk baykını və krossoverini buraxdıqdan sonra yeni bir işə girişib. Bu dəfə, avtomobil istehsalçısı spirtli içki istehsal etmək fikrinə düşüb.

Avtomobil istehsalçısı Şotlandiyanın qərbində Ayley adasında yerləşən Bowmore şərabçılıq evi ilə birlikdə single malt viskisinin eksklyuziv seriyasını hazırlayacaqdır. Viskinin süzüləcəyi şüşənin dizaynı və “visual təcrübəni” hazırlamaq Aston Martin şirkətinin yaradıcı direktoru Marek Rexmanın başçılıq etdiyi stilistlər komandasına həvalə edilib. Bu komanda Mayamidəki göydələnin, Tokiodakı ilk qlobal brend-mərkəzinin və diler mərkəzlərinin tərtibatı üzərinə işləyib.