Audi şirkəti, ikiqat DTM çempionu və ralli-kross üzrə dünya çempionatının qalibi Mattias Ekstremin idarə etdiyi elektrokarın dağa çıxması təsvir etdiyi videoçarxı yayıb. Avtomobil dağ-xizək yamacının 85 dərəcəlik mailliyi (40 dərəcə) olan qarlı yoxuşa qalxıb.

Yürüş Avstriyanın Kitsbyüel kurortunda baş tutub. Audi e-tron elektrik krossoveri  xizəkçilərin «siçan tələsi» adlandırdığı əfsanəvi Ştrayf trassının ən təhlükəli yamaclarından birini qət edib. Krossover təhlükəsizlik karkası və altı nöqtəli kəmərləri olan yarış oturacağı ilə təchiz edilib. Bundan başqa, avtomobil sığorta trosuna malik olsa da, bu trosdan qalxış zamanı istifadə edilməyib.

Qalxış üçün 408 at qüvvəsinə malik olan ikimotorlu seriya krossoverindən istifadə edilməyib. Bunun əvəzinə arxada iki və öndə bir mühərriki olan prototip götürülüb. Prototip 503 at qüvvəsinə malik olub.

Videoçarxda 1986-cı ildə 77 faizlik mailliyi olan tramplinə qalxmış Audi 100 CS Quattro sedanı da nümayiş etdirilir. O zaman yürüş Kaipola (Finlyandiya) şəhərində keçirilib.  

Image alt Image alt Image alt