Audi şirkəti "bərkgedən" RS e-Tron GT sedanına olan marağı artırmağa davam edir. Bu dəfə, alman istehsalçısı modelin ona hər tərəfdən baxmağa imkan verən şəkillərini dərc edib. Bununla yanaşı, istehsalçı bəzi texniki detalları da açıqlayıb.

Audi RS e-Tron GT modelinin yayımlanan şəkillərində elektrokarın naxışlı  örtüklə üzlənməsinə baxmayaraq, sedanın Porsche Taycan ilə vizual oxşarlığını qeyd etmək gərəkdir. Şayiələrə görə, RS seriyasının ilk elektromobilini Züffenhauzendən olan elektrik sedanı ilə məhz PPE modul platforması birləşdirir.

RS e-Tron GT modeli iki elektrik mühərriki və 93,4 kilovat-saatlıq batareyadan ibarət olan güc qurğusunu alacaqdır. Güc qurğusunun ümumi hasilatı 684 at qüvvəsi və 830 Nm olacaqdır. Tamötürməli elektrokar 100 km/saat həddinə 3,5 saniyəyə sürətlənəcəkdir. Dolu batareya ilə elektromobil təxminən 400 kilometr məsafə qət edəcəkdir. Bundan əlavə, RS e-tron GT modeli klirensə təsir göstərə biləcək bir neçə rejimi olan üçkameralı pnevmodayaqlar və karbon-keramika əyləc diskləri ilə təchiz ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Modelin yüksək məhsuldarlığının öhdəsindən gəlmək üçün, onu mürəkkəb temperatura nəzarət texnologiyası ilə təchiz edəcəklər. İkikonturlu soyutma sistemi, batareyanın istiliyinə nəzarət etməyə, həmçinin elektrik mühərriklərinə və güc elektronikasına xidmət göstərməyə imkan verəcəkdir. Eyni zamanda, bu sistem naviqasiya ilə birlikdə işləyəcək və elektrik yükləmə stansiyasına çatmazdan 30 dəqiqə əvvəl batareyanın temperaturunu optimal şəkildə tənzimləməyə imkan verəcəkdir.