Dünən Audi şirkəti rəhbərliyində baş vermiş yeni təyinat barədə məlumat verib.. Gözlənildiyi kimi, Audi şirkətinin yeni rəhbəri vaxtı ilə BMW və Mercedes-Benz şirkətlərində çalışmış Markus Duysmann olacaqdır. Markus Duysmann vəzifəsinin icrasına 1 aprel 2020-ci ildən tarixindən başlamalıdır.

Markus Duysmannın 50 yaşı vardır və o, Almaniyanın şimal-qərbində yerləşən Myunsterland şəhərində anadan olub. Duysmann mühəndis-mexanik ixtisası üzrə təhsil alıb və onun ilk iş yeri Daimler konserni olub. Münhendə Duysmann 2007-ci ildən işləyir. 2016-cı ilin oktyabrından 2018-ci ilin iyuluna qədər o BMW şirkətinin idarə heyətinə daxil olub. Hazırda Markus tədarük etməyə və malgöndərənlər ilə əlaqələrə cavabdehdir.

Duysmannın Formula 1 azarkeşi olduğunu nəzərə alsaq, Audi şirkətinin yarış bölümü olan Audi Sport bölümünün aktivliyinin artacağını gözləmək olar. Qeyd etmək lazımdır ki, Markus Duysmann vaxtı ilə üç il BMW Sauber F1 komandasında çalışıb.

Markus Duysmann 2018-ci ilin iyun ayından Audi şirkətinin baş direktoru vəzifəsini müvəqqəti icra edən Abraham Sxotu əvəz edəcəkdir. Hollandiyalı mütəxəssis, Rupert Ştadlerin başına gələn müsibətdən sonra məcburi olaraq Audi şirkətinə rəhbərlik edib. İnsayderlər 57 yaşlı Sxotun yaxın zamanlarda Volkswagen konserninin bölmələrinin birində sakit vəzifəyə təyin ediləcəyini deyirlər.

Bizə gəlincə isə, Audi şirkətinə və herr Duysmanna yalnız «xeyirli olsun!» deməyimiz qalır.