20 il bundan öncə işıq üzü görən Audi Allroad 200 millimetrlik klirensə və azaldıcı ötürməyə malik idi. Bəs bu günki Audi A6 Allroad bizə nə təklif edir? Əslində, bu gün satıllan A6 Allroad kimi, yeni nəsil A6 Allroad da A6 Avant modelindən elə də ciddi fərqlənmir. Kross-universal palstikdən müdafiə qurşağına, xüsusi tərtibata və əlbəttə ki, pnevmatik asqı ilə təchiz edilir.

Bu gün təqdim edilmiş yeni nəsil Audi A6 Allroad modelinin əsas cəhətlərindən biri, onun standart təchizatına daxil olan pnevmatik asqısıdır. Adi halda avtomobilin klirensi 139 millimetr təşkil edir. 80 km/saat həddinə qədər sürətlərdə çalışan «Offroad» rejimində klirensin hündürlüyü 30 millimetr artır. Klirensin 184 millimetrlik ən yüksək həddi isə «Lift» rejimində əldə olunur. Lakin, bu zaman maksimal sürət 35 km/saat həddini aşmamalıdır. Sürət həddi 120 km/saatı aşdıqda isə, elektronika avtomatik olaraq klirensi 124 millimetrə salacaqdır.

Audi A6 Allroad modelinin tanınan atributuna çevrilmiş plastikdən müdafiə qurşağı qara vəı yaxud kuzov rəngində ola bilər. Radiator barmaqlığı Audi markasından olan krossoverlərdə olduğu kimi iri ölçülü şaquli zolaqlara malikdir. Bundan başqa, kross-universal damda quraşdırılan güclü relinqlərə və mühərrikin alt hissəsinin müdafiəsinə sahib olb. Standart olaraq, A6 Allroad 225/55 R18 şinləri ilə təchiz olunur. Lakin, iri disk həvəskarları da nəzərə alınıblar - onlar 21-düymə qədər ölçüsü olan təkər disklərini sifariş edə bilərlər.

Avtomobilin salon tərtibatına gəldikdə isə, Allroad adi universaldan yalnız dekor elementləri ilə seçilir. Oturacaqların dəri və parça ilə üzlənməsi, 40:20:40 nisbətində bölünən arxa divan və baqaj qapağının elektrik ötürməsi artıq modelin baza təchizatına daxildir. Baqaj bölümünün həcmi 565 litrdir. İkinci cərgənin qatlanması halında bu rəqəm 1680 litr təşkil edir.

Avropada yeni Audi A6 Allroad yalnız 3,0-litrlik altısilindrli dizel mühərriki ilə təklif ediləcəkdir. Bu aqreqat «yumşaq hibrid» hissəyə malikdir: yəni dizel aqreqatına startyor-generator və litium-ion batareyası yoldaşlıq edir. Hibrid qurğu üç güc variantında təklif edilir: 45 TDI (231 at qüvvəsi), 50 TDI (286 at qüvvəsi) və 55 TDI (349 at qüvvəsi).

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bütün modifikasiyalar səkkiz pilləli avtomatik qutu və özüqapanan mərkəzi differensialı olan daimi ötürməli tam çəkiş sistemi ilə təchiz edilirlər. Bundan başqa, yoxuşdan enməyə yardım edən «yolsuzluq» sistemi də Allroad modelinin baza təchizatına daxil edilib. 

Audi A6 Allroad modelinin Almaniyadakı satışlarına iyun ayının sonlarında başlanacaqdır. Avtomobilin vətənindəki satış qiyməti 61500 avrodan başlayır. Sonradan A6 Allroad başqa bazarlarda benzin mühərrikləri ilə də təklif ediləcəkdir. Bundan başqa, model çeşidinə xüsusi dekora malik olan  20 Years Allroad yubiley versiyası da daxil ediləcəkdir.