Avropada 2019-cu ildə “İlin avtomobili” mükafatına iddialı olan namizədlərin siyahısı açıqlanıb. Bu siyahıya, 60 nəfərdən ibarət münsiflər heyətinin 38 avtomobil arasından seçdiyi yeddi model daxil olubdur. Müsabiqənin qalibi 4 mart 2019-cu ildə Cenevrə avtosalonunda elan ediləcəkdir.

Müsabiqədə iştirak edən avtomobillər növbəti tələblərə cavab verməlidirlər: bu yeni model olmalı və səsvermə anına ən azı beş Avropa ölkəsində satılmalıdır. Münsiflər heyəti finalçıları sadə səsvermə yolu ilə seçirlər. 2019-cu ildə Avropanın ən yaxşı avtomobili adı uğrunda Alpine A110, Citroen C5 Aircross, Ford Focus, Jaguar I-Pace, Kia Ceed, Mercedes-Benz A-Class və Peugeot 508 modelləri mübarizə aparacaqdırlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Keçən il bu ada Volvo XC40 modeli layiq görülüb. İsveç markası bu ada ilk dəfə sahib olub. “İlin avtomobili” adına 2017-ci ildə Peugeot 3008, 2016-cı ildə - Opel Astra, 2015-ci ildə isə Volkswagen Passat layiq görülüb.