Holden markasının Avstraliya bazarını tərk etməsi ilə əlaqədar olaraq, Quinslend ştatından olan avstraliyalı senator Ceyms Makqrat , yerli markaya sahib olan General Motors konserninə brendi 1 avstraliya dollarına satmağı təklif edib.

Senatorun sözlərinə görə, 164 il mövcud olan Holden markası Avstraliyanın milli mədəniyyətinin bir hissəsinə çevrilib. Buna baxmayaraq, amerikan korporasiyası COVID-19 pandemiyasını bəhanə gətirərək Avstraliya və Yeni Zelandiya bazarlarını tərk etmək qərarına gəlib. GM Holden markasının yerli dilerlərinə cüzi kompensasiya ödəməklə məsələni həll etmək arzusundadır.

Bununla əlaqədar olaraq, Ceyms Makqrat yerli dilerlərin Avstraliya markasının zəngin tarixini davam etdirmələri üçün, General Motors konserninə Holden markasını ona satmağı təklif edib. Senator bu sövdələşmə üçün bir avstraliya dollarının miqdarının kifayət edəcəyinə inanır, çünki amerikan konserni Holden markasını yararsız hesab edir.

İlkin olaraq, Holden markası müstəqil idi, lakin 1931-ci ildə Ameriknına General Motors konserni tərəfindən satın alınıb və şirkətin yerli bölməsinə çevrilib. Amerikan-Avstraliya markasından olan ilk avtomobillər 1948-ci ildə konveyer xəttindən çıxıblar. Son illərdə Holden şirkəti yerli bazarda Acadia və Equinox krossoverləri, Astra hetçbeki, habelə Commodore liftbek və unversalları ilə təmsil olunurdu.

Fevral ayında, General Motors konserninin 2021-ci ildə Holden markasını ləğv edəcəyi barədə məlumat peyda olubb. Avtomobil istehsalçısı Avstraliya bazarından çəkilməyin xərcləri bir milyard dollardan çox azaldacağını, həmçinin Avstraliya və Yeni Zelandiyada 600-ə yaxın işçisini işdən çıxarılacağını ehtimal edir.

Mənbə: CarAdvice