Bu barədə, italyan brendinin “Autocar” nəşrinə müsahibə verən baş direktoru Jan-Filipp İmparato bildirib. O, “bu seqmentin əziyyət çəkməsinə baxmayaraq” Giulia modelinin elektrik varisinin sedan olaraq qalacağını söyləyib. Top menecer açıq şəkildə elektrikləşdirmənin aerodinamikanın sinonimi olduğunu, aerodinamika haqqında danışmağın isə, sedanın mövcudluğunu nəzərdə tutduğunu bildirib. "Bütün dünya SUV-lara keçsə belə, biz krossoverlər brendi olmaq istəmirik", - deyə İmparato əlavə edib.

Alfa Romeonun rəhbəri yenidən GTV kupesi və Duetto kabrioletinin elektrik varisləri üzrəndə çalışmaların getdiyinə eyham vurub, lakin təfərrüatları açıqlamaqdan imtina edib. Jan-Filipp İmparato xüsusi modellərin buraxılmasının - elektrik Giulia sedanının buraxılması yolunda sonrakı addımın olduğunu bildirib. Benzin mühərrikli sedanın təqaüdə çıxmasına təxminən üç il vaxt qalır.

2025-2026-cı illərdə Alfa Romeo şirkətinin model xəttində D seqmentində çıxış edən daha bir elektromobil peyda olmalıdır: Stelvio krossoverinin varisi. 2027-ci ildə ölçü baxımından Porsche Cayenne ilə müqayisə edilən böyük bir krossover işıq üzü görməlidir. Növbəti yeni məhsul isə, yığcam Milano krossoveri olacaq. Əvvəllər Jan-Filipp İmparato Giulia modelinin elektrik varisinin Shooting Brake kuzovu ilə təklif ediləcəyinə də eyham vurmuşdu: "bəlkə də, yeni Giulia ilə hər iki dünyanın (sedan və universallar) ən yaxşı cəhətlərinə sahib ola bilərik".

Gələcək Alfa Romeo elektromobillərinin Stellantis konserninin STLA Medium platformasına əsaslanacağını, Giulia modelinin baza versiyasının 345 at qüvvəsi, Veloce top versiyasının isə təxminən 790 at qüvvəsinə malik ola biləcəyi məlumdur. Hardkor Giulia Quadrifolio modelinin isə, 1000 at qüvvəli güc qurğusuna sahib olacağı bildirilsə də, onun debüt tarixi rəsmi şəkildə elan edilməyib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.