Porsche şirkəti sürət rekorduna imza atmış Taycan sedanı üzərindəki sirr pərdəsi bu ay götürməyi planlaşdırır. Alman istehsalçısı yenilənmiş Taycan sedanının ən dinamik versiyasının əks olunduğu tizeri dərc edib. Onun Nurburqrinq trekinin ən yeyin seriya elektromobili adına namizəd olduğu bildirilir. Brendin rəsmi saytı onun debütü üçün geriyə sayıma başlayıb – Nurbiqrinqin “rekordsmeni” martın 11-də təqdim edilməlidir. Yeni sedanın Turbo GT indeksini alacağı gözlənilir.

Nürburqrinqdəki rekord yürüşündə Porsche Taycan Turbo GT modelinin seriyaöncəsi versiyası iştirak edib. Elektrik sedanı 7:07.55 zamanını qeydə alıb. Bu, Tesla Model S Plaid modelindən daha sürətli olsa da, Rimac Nevera hiperkarından iki saniyə yavaşdır.

Bəzi kütləvi informasiya vasitələri bunun seriya elektromobilləri sinfində rekord olduğunu yazır, digərləri isə, Taycan Turbo GT modelini “Zuffenhauzendən olan ən sürətli elektromobil” adlandırırlar. Porsche şirkəti isə, yeni sedanı "modelin tarixindəki ən dinamik Taycan" kimi təsvir edir.

Bu Taycanın güc aqreqatının xüsusiyyətləri barədə heç bir məlumat yoxdur. Qeyri-rəsmi məlumatlara görə, o, ümumi gücü 1000 at qüvvəsindən çox olan üç elektrik mühərrikindən ibarətdir. Turbo GT zahiri cəhətdən digər versiyalardan inkişaf etmiş aerodinamik kuzov dəsti və orijinal təkər diskləri ilə fərqlənəcəkdir.

Taycan ailəsi bu ilin fevral ayında yenilənib. Yenilənmə ilə Taycan daha güclü  mühərriklərə, daha uzun yürüş məsafəsinə və daha sürətli şarja sahib olub.

Almaniyada qiymətlər arxa oxda yeganə elektrik mühərriki olan elektromobil üçün 101 500 avrodan, Turbo S versiyası üçün 209 900 avrodan, Taycan Turbo S Cross Turismo üçün isə, ən azı 211 300 avrodan başlayır. Turbo GT versiyasının çeşiddəki ən bahalı Taycan olacağı məntiqli görünür.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.