Genesis brendi yeni X Gran Berlinetta Vision Gran Turismo Concept superkarını təqdim edib. 2021-ci ildən başlayaraq, Cənubi Koreya istehsalçısı Amerikada keçirilən Monterey Car Week zəriflik müsabiqəsini məşhur Gran Turismo oyunlar seriyası üçün yaradılmış konseptlərin təqdimat məkan kimi seçib – o zaman eksperimental The Performance of Design instalyasiyasının eksponatı G70 GR4 Gran Turismo sedanı olmuşdu.

Bu sedan, X-GR3 modeli və flaqman Vision Gran Turismo Concept superkarı ilə birlikdə oyunçuların iştirakı ilə hazırlanmışdı. 2023-cü ildə isə, Gran Turismo World Series World Finals turnirində Genesis X Gran Berlinetta Vision Gran Turismo Concept superkarının təqdimatı baş tutub.

Yeni virtual superkar "Genesis markasının firma üslubu olan Athletic Elegance dizayn fəlsəfəsinin ən emosional ifadəsi" kimi təsvir edilir. Superkar, kuzova nəfis şəkildə inteqrasiya edilmiş splitteri və antiqanadı olan, əsaslı sürətdə işlənmiş aerodinamikaya malikdir.

Bundan başqa, X Gran Berlinetta Vision Gran Turismo Concept konseptində ön tərəfin yeni tərtibatı debüt edib – burada diqqəti çəkən əsas element firma Quad Lights optikasına inteqrasiya olunmuş Crest Grille barmaqlığıdır.

Parlaq Magma rənginə boyanmış konsept Beauty of White Space üslubunda interyeri alıb ki, bu üslub da sürücünün diqqətini trekdən yayındırmamaq üçün maksimal lakonikliyi nəzərdə tutur.

Sürücünün ixtiyarına inteqrasiya olunmuş rəqəmsal cihazlar paneli olan çoxfunksiyalı sükan verilib. Pilota süni intellekt və tamamlanmış reallıq sistemi də kömək edir ki, bu da avtomobilin xaricindəki vəziyyəti nəzarətdə saxlamağı imkan verir.

Kuzov və şassi kimi salon da tamamilə karbon lifindən hazırlanıb - yumşaq üzlük yalnız pilotun bədəninin birbaşa təmas etdiyi zonalarda mövcuddur.

Təəccüblüdür ki, X Gran Berlinetta Vision Gran Turismo Concept superkarı elektrik güc qurğusu ilə deyil, hibrid güc aqreqatı ilə təchiz edilib. Konsept, Genesis E-SC elektrik mühərriki ilə tamamlanan Lambda 11 ailəsindən olan V6 benzin mühərriki ilə hərəkətə gəlir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hibrid güc qurğusunun ümumi hasilatı 1071 at qüvvəsi və 1337 Nm fırlanma anı təşkil edir: 870 at qüvvəsi və 1071 Nm fırlanma anı 10 000 dövr/dəqiqəyə qədər fırlanan V6 mühərrikinin payına düşür, Yasa E elektrik mühərriki isə, əlavə olaraq 201 at qüvvəsi və 266 Nm fırlanma anını təmin edir.

Yeni virtual Genesis X Gran Berlinetta Vision Gran Turismo Concept superkarı Gran Turismo 7 video oyununda, onun növbəti yeniləməsi ilə birlikdə, 2024-cü ilin yanvarında peyda olacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.