Haval Dagou (xarici bazarlarda Dargo adı ilə tanınan) krossoveri restaylinqə hazırlaşır. Çin brendi artıq 2024-cü model ilinin krossoverinin ilk şəkillərini də dərc edib. Krossover yeni radiator barmaqlığı da daxil olmaqla, dəyişdirilmiş ön tərəfi alıb, arxa fənərlər isə, artıq işıqlanan zolaq ilə birləşdiriliblər.

Haval Dagou

Bundan başqa, Dargo modelinin daha güclü 2,0-litrlik turbomühərriki (Çin spesifikasiyasında əvvəlki 211 əvəzinə 238 at qüvvəsi hasil edəcək) almalıdır. Hələlik başqa məlumat verilməyib, interyerin şəkilləri də yoxdur, lakin yenilənmiş Dagou Çin bazarında yayın sonuna kimi satışa çıxmalıdır.

Haval Dagou

Eyni zamanda, Çin markası Raptor və Veyron da daxil olmaqla beş yeni əmtəə nişanını qeydiyyatdan keçirib. Qeyd etmək lazımdır ki, Raptor əmtəə nişanı artıq Ford tərəfindən istifadə olunur, Veyron isə Bugatti hiperkarının adıdır.

Haval Raptor

Bununla belə, Çin Sənaye Nazirliyi tərəfindən nəşr olunan yeni patentlər dəstində bu adların hər ikisi, həmçinin Xianglong, Big Dog Pro və Thunder Dog kimi adlar var. Çox güman ki, onlardan biri hələlik B26 kod adı ilə tanınan yeni Haval ofrouderinə veriləcəkdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.