Bir neçə elandan sonra yeni Haval H5 ofrouderinin üzərindəki sirr pərdəsi tamamilə götürülüb. Xatırladaq ki, əvvəllər bu ad altında modernləşdirilmiş çərçivəli Great Wall Hover modeli gizlənirdi. Bu ofrouder 2013-cü ildə Haval törəmə brendinin model çeşidinə keçib, və hətta bir neçə yenilənməyə də məruz qalıb. Ancaq 2020-ci ilin sonunda Haval H5 modeli təqaüdə göndərilib. Yalnız indi Haval H5 modelinin ikinci nəsli debüt edib.

Yeni Haval H5 çərçivəli strukturunu və yaxşı ofroud potensialını qoruyub saxlasa da, başqa sinifə doğru böyük bir addım atıb. İndi bu, ölçüsünə görə Nissan Patrol və ya Toyota Land Cruiser 300 modelləri ilə müqayisə edilə bilən nəhəng bir avtomobildir. Onun uzunluğu 5190 millimetr, eni - 1905 millimetr, hündürlüyü isə 1835 millimetrdir! Ofroud imkanları də pis deyil: elan edilmiş klirens - 200 millimetr, giriş bucağı - 25 dərəcə, çıxış bucağı isə 22 dərəcədir. Qət edilən çay keçidinin dərinliyi 600 millimetrdir.

H5 modelinin donoru Great Wall Poer KingKong pikapıdır: çərçivə, şassi, kuzovun ön hissəsi və salon pikap ilə unifikasiya edilib. Hətta ofrouderin təkər bazası qısabazalı standart pikapdakı ilə eynidir- 3140 millimetr. Ön tərəfdə iki köndələn qolları olan müstəqil asqı, arxada isə bütöv körpü var.

Haval H5 iki 2,0-litrlik mühərriklə təklif olunur: bu, 166 at qüvvəli turbodizel və 218 at qüvvəli benzin turbomühərrikdir. Hələlik yalnız səkkiz pilləli avtomatik transmissiya bəyan edilib, lakin mexaniki ötürmələr qutusu da olacaqdır. Tam ötürməli transmissiya da pikapdan götürülüb: bu, ön oxun sərt şəkildə qoşulması olan klassik part-time sistemidir. İqlim sisteminin blokundakı düymələr ilə idarə olunan azaldıcı pillələ də var.

Bu erqonomik zarafat da, salonun ön hissəsi kimi,pikapdan keçib. Haval H5 modeli rəqəmsal cihazlar panelinə, media sisteminin 12,3-düymlük ekranına, elektriklə tənzimlənən ön oturacaqlara, panoram dama malikdir, lakin nədənsə klimat-kointrol nəzərdə tutulmayıb və adi kondisioner təklif edilir.

Heyrətamiz olan, H5 modelinin beş nəfərlik salondur, baxmayaraq ki, belə ölçülərlərə malik olan avtomobildə üçüncü cərgənin quraşdırılması üçün heç bir maneə yoxdur. Bununla belə, Haval H5 həqiqətən də böyük bir baqaj bölümünə malikdir. Onun həcmi açılanmır, lakin avtomobilin imkanları firma şəklində aydın şəkildə göstərilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Çində Haval H5 modelinin istehsalına artıq başlanılıb, avtomobil yerli dilerlərə dördüncü rübdə çatdırılmalıdır. Hələlik yalnız təxmini qiymət diapazonu açıqlanıb: 100.000-150.000 yuan (14.000-21.000 dollar) arasında. İxrac perspektivləri barədə məlumat verilməyib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.