Koenigsegg CC850 hiperkarına tələb ən cəsarətli gözləntiləri belə üstələyib. Bir neçə gün ərzində isveçlilər hiperkarın 50 nüsxəlik tiraajını tam şəkildə satıblar - lakin bu kifayət etməyib. Hətta daimi müştərilər də avtomobilsiz qalıblar, o ki, qaldı yenilərinə. Buna görə də, İveç istehsalçısı ən sadiq auditoriyanın dəstəyini qazanaraq, daha 20 kupeni buraxmaq qərarına gəlib.

Əgər ilk 50 hiperkar Kristian fon Köniqseqqin yarım əsrlik yubileyinə həsr olunmuşdusa, əlavə 20 avtomobil ilk Koenigsegg modeli olan CC8S tarqasının buraxılışından keçən illərin sayına həsr edilib.

CC850 hiperkarı minimalist dizaynı və mexaniki transmissiyaları olan erkən Koenigsegg hiperkarlarının müasir təfsiridir. Yalnız burada “mexaniki” transmissiya ənənəvi deyil. O, Jesko hiperkarının doqquz pilləli Light Speed Transmission “robotuna” əsaslanır, lakin adi dəstək vasitəsilə pillələri dəyişdirməyə imkan verir.

Əlbəttə ki, pillələrin əl ilə dəyişdirilməsindən söhbət gedə bilməz - hər şey ağıllı hidravlika və proqram təminatının köməyi ilə həyata keçirilir. Mexaniki rejimdə Koenigsegg CC850 hiperkarı şəhər və avtomagistral üçün fərqli nisbətləri olan altı pilləyə malikdir.

Hiperkar düz dirsəkli valı olan 5.0-litrlik V8 biturbo mühərriki ilə hərəkətə gəlir. Adi benzinlə mühərrik 1135 at qüvvəsi, E85 (85% bioetanol) qarışığında isə, 1385 at qüvvəsi hasil edir. 1385 Nm təşkil edən maksimal fırlanma anı 4800 dövr/dəqiqədə əlçatandır.

CC850 tərsinə çevrilmiş pilonlar üzərində quraşdırılmış aktiv antiqanada, arxa oxda üfüqi amortizatoru olan Triplex asqısına və klirensin hidravlik tənzimlənməsinə malikdir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.