AvtoVAZ şirkəti demək olar ki, mart ayı ərzində işləmyib və aprelin 4-də korporativ tətilə gedib. Bu arada istehsalçının qiymətlər siyahısında səssiz-səmirsiz şəkildə yenilik baş verib. Lada Largus Cross universalı artıq 90 at qüvvəli səkkiz klapanlı 1,6-litrlik baza mühərriki ilə təklif olunur. Əvvəllər belə mühərrik yalnız "adi" universal və furqonlarda quraşdırılırdı, Cross versiyası ilə, təkcə 106 at qüvvəli on altı klapanlı mühərrik ilə təchiz edilirdilər.

90 at qüvvəli mühərrik ilə hərəkətə gələn Largus Cross modeli tərkibinə iki təhlükəsizlik yastığı, kondisioner, audiosistem, ön elektrik şüşəqaldıranları, qızdırılan ön oturacaqlar və kruiz-kontrol daxil olan Comfort təchizat səviyyəsində təklif olunur. Üçüncü sıra oturacaqlar da daxil olmaqla opsiya paketləri də mövcuddur. Sadələşdirilmiş Comfort Light da daxil olmaqla, digər təchizat səviyyələrində olan Lada Largus Cross modelləri hələ də yalnız 106 at qüvvəsi və 148 Nm fırlanma anı hasil edən mühərriklər ilə çatdırılırlar.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.