Artıq Lucid markasının model xəttində iki avtomobil var - Air elektrik sedanına Gravity elektrik krossoveri qoşulub. Hələlik şirkət yeniliyi yalnız şəkillərdə nümayiş etdirib və sifarişlərin qəbuluna tezliklə başlayacağını elan edib - sifarişi rəsmiləşdirmək 2023-cü ilin əvvəlində mümkün olacaqdır. Lucid şirkəti Gravity modelinin texniki xüsusiyyətlərini də gələn ilin əvvəlində açıqlayacağını bildirib, hələlik isə, onun "superkar dinamikasına" malik olduğuna işarə edib.

Lucid şirkətinin baş icraçı direktoru Piter Roulinson Gravity krossoverinin Mercedes-Benz EQS SUV modelinin də daxil olduğu "dəbdəbəli elektrik krossoverləri sinifində yeni standartlar təyin edəcəyini” hesab edir. Əvvəllər Lucid krossoverinin əsas rəqibinin Tesla Model X olacağı gözlənilirdi.

Krossoverin Air sedanı ilə eyni arxitekturaya əsasındığı məlumdur. Xarakterik dizayn elementləri - nazik ön fənərlər, kuzovun eni boyunca bütöv arxa fənər və irəli çıxan qapı tutacaqlarıdır. Gravity modelində yüksək dəqiqlikli Glass Cockpit ekranları və modernləşdirilmiş interfeysi olan yeni Lucid multimedia kompleksi debüt də edəcəkdir.

İlkin məlumatlara görə, Gravity modelinin yürüş ehtiyatı Air modelindəki ilə eyni səviyyəsində olacaqdır - EPA dövrü üzrə 832 kilometr.

Çox güman ki, krossover Air sedanının “qaynar” Sapphire versiyasında quraşdırılan 1200 at qüvvəli üçmühərrikli elektrik güc qurğusunu alacaqdır. Air Sapphire 100 km/saat həddinə iki saniyədən az vaxta sürətlənir və klassik 1/4 mil məsafəni doqquz saniyəyə qət edir. Bənzər dinamikanı krossoverdən də gözləmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Gravity modeli Arizona ştatının (ABŞ) Kasa Qrande şəhərində yerləşən və artıq Lucid Air sedanının yığıldığı zavodda istehsal ediləcəkdir. Avtomobillərin müştərilərə çatdırılmasına 2024-cü ildə başlanmaldır. Qiymətlər hələlik açıqlanmayıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.