Mercedes-Benz EQS elektrik liftbekinin işləri heç də yaxşı getmir: modelin Avropadakı satışları 2023-cü ilin sonunda 46 faiz, ABŞ-da isə, 11 faiz aşağı düşüb. Üstəlik, məlum olub ki, EQS ilk istismar ilində öz dəyərinin yarısını itirir. Mercedes-Benz, çox güman ki, təvazökar restaylinqin elektromobilə olan marağı əvvəlki səviyəyə qaytaracağına inanır.

Eksteryerdəki əsas dəyişikliklər ön hissədə cəmlənib. Radiator barmaqlığının yerindəki tıxacda lamelləri təqlid edən gümüş xətlər peyda olub və Mercedes-Benz emblemi markanın klassik modellərindəki kimi kapota keçib. Aprelin sonunda işinə başlayacaq Pekin avtosalonuna gələn qonaqlar yenilənmiş EQS modelini canlı olaraq görə biləcəklər.

EQS üçün opsional Rear Comfort Package Plus paketi əlçatan olacaq ki, buraya ikinci cərgənin sərnişinləri üçün irəli çıxa bilən ayaq dayaqları, oturacaqların genişləndirilmiş tənzimləmələri, habelə boyun və çiyin nahiyəsinin əlavə isidilməsi daxildir. Bundan əlavə, yeni Manufaktur Selection versiyası da olacaq: belə EQS modeli 21-düymlük təkər disklərinin eksklüziv dizaynı, yeni kuzov rəngləri və salonun tərtibat variantları ilə seçiləcək.

Texniki hissədə əsas dəyişiklik tutumu artırılmış batareyadır. O, 118 kilovat-saatlıq tutuma malik olacaq (əvvəlki 108,4 kilovat-saatlığın əvəzinə), ona görə də yürüş ehtiyatı modifikasiyadan asılı olaraq 635-717 kilometrdən 683-822 kilometrə qədər artacaq.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Mercedes-Benz EQS modelini aprelin 25-dən sifariş etmək olar. “Bütün təkmilləşdirmələrə baxmayaraq, modelin başlanğıc qiyməti əvvəlki səviyyədə qalacaq”, - brendin rəsmi press-relizində deyilir. Almaniyada EQS modelinin qiyməti 109,5 min avrodan başlayır.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.