Keçən ilin payızında təqdim olunmuş üçqapılı Mini Cooper elektrik hetçbeki ingilis brendinin inkişafında yeni mərhələnin başlandığını nümayiş etdirib. Axı o, Great Wall ilə birgə hazırlanmış ayrıca elektrik platformasına əsaslanır və Çində istehsal olunur. Mini brendinin ikinci modeli zahiri görünüşü Çin Xalq Respublikasının sertifikatlaşdırma agentliyi tərəfindən məxfilikdən çıxarılan yığcam Aceman krossoveri olacaq.

Mini Aceman yeni elektrik çeşidində yeganə beşqapılı model olacaq, çünki ənənəvi beşqapılı hetçbekə ingilis istehsalçısının planlarında yer tapılmayıb (benzin mühərrikli Mini modelində belə versiya qalacaq). 

Əslində, Aceman hündürləşdirilmiş hetçbekdir, çünki sertifikatda qeyd olunan ümumi ölçülər üçqapılı hetçbekdə olandan bir qədər böyükdür: onun uzunluğu - 4076, eni – 1754, hündürlüyü - 1515 millimetr təşkil edir.

Bununla belə, krossover imicini kuzovun və işıqlandırma avadanlığının (yeni Countryman modelindəki kimi) künc-bucaqlı konturları, həmçinin kuzovun aşağı perimetri boyunca uzanan rənglənməmiş plastikdən hazırlanmış kütləvi müdafiə qurşağı tərəfindən dəstəklənir.

Yeri gəlmişkən, müəyyən dərəcədə Aceman əvvəlki Countryman (yenisi nəzərəçarpacaq dərəcədə böyüyüb) və Clubman universalının (birbaşa varisi olmadan istehsalına son verilib) əvəz edəcək. Aceman modelinin interyeri hələlik məxfilikdən çıxarılmayıb, lakin şübhəsiz ki o, üçqapılı elektrik hetçbekindəki ilə eyni olacaq.

İki avtomobilin ümumi cəhəti elektrik hissəsinin vacib xüsusiyyətləridir. Seçim üçün iki ön ötürməli modifikasiya hazırlanıb. Mini Aceman modelinin baza versiyası 184 at qüvvəli elektrik mühərriki və 40,7 kilovat/saatlıq dartma batareyas ilə təchiz edilir. Baza versiyasının yürüş ehtiyatı təxminən 300 kilometr olmalıdır.

Mini Aceman S artıq 218 at qüvvəli mühərrikə və 54,2 kilovat/saatlıq batareyay malikdir. Bu isə, yürüş ehtiyatının 400 kilometrə qədər artması deməkdir. S versiyasının digər fərqli cəhəti kuzovun dəstindəki plastik gümüş örtmələrdir.

Mini Aceman modelinin dünya təqdimatının aprelin 24-də Pekin avtosalonunda baş tutacağı gözlənilir. Bütün detallar təqdimat zamanı açıqlanacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.