Məlum olduğu kimi, yeni E-Class sedanının təqdimatı sabah, aprelin 25-də keçiriləcəkdir. Bu arada, Mercedes-Benz növbəti nəsil E-Class modelinin son tizerlərinə nəzər salmağı təklif edir. Dərc olunmuş tizerlərdə yeni modelin ön fənəri, ön bamperin mürəkkəb forması və qara rəngli effektiv AMG təkər diskləri nümayiş etdirilib.

Görünən odur ki, köklü dəyişikliklə olmayacaq: nəsil dəyişikliyi ilə modelin dizaynı yalnız bir qədər yenilənəcək, onun interyeridə isə, alman markasının müasir elektromobillərinin üslubunda üçekranlı ön panel quraşdırılacaqdır.

Altıncı nəsil E-Class sedanı ilin sonuna qədər Amerika bazarında satış debütü edəcək, ilin ikinci yarısında isə  Avropada həm sedan, həm də universal kuzovu təklif ediləcəkdir. Mühərrik çeşidinə gəlincə, yeni E-Class modeli V8 mühərrikləri ilə təchiz edilməyəcək. Üstəlik, altısilindrli aqreqatların taleyi də hələlik sual altındadır. Sedan və universalların ən güclü versiyaları E Performance plagin hibrid sistemini alacaqlar.

Yeni E-Class sedanının MBUX Superscreen kompleksi olan salonu praktiki olaraq "fiziki" düymələrdən məhrum edilib, hətta mərkəzi taçskrinin altında yerləşən və sükan çarxında olan düymələr də sensorlu olacaqlar. 

Image alt Image alt Image alt Image alt Image alt

Mercedes-Benz populyar sedanın avadanlıq siyahısına sürücüyə yönəlmiş videokamera kimi qeyri-standart opsiyanın daxil olacağını bildirib. Bu kamera vasitəsilə rahatlıqla Zoom konfranslarını keçirmək mümkün olacaqdır. Bununla belə, onlayn görtüşləri yalnız park edilmiş avtomobildə keçirmək mümkündür.

Aprelin 25-də keçiriləcək təqdimat zamanı minimum sedan, maksimum isə, E-Class Estate universalı nümayiş etdirilə bilər. Daha sonra Mercedes-Benz E-Class Estate All-Terrain kross-versiyası peyda olmalıdır. Bununla belə, yeni nəsil E-Class çeşidində kupe və kabrioletlər olmayacaq. Onlar ayrıca CLE ailəsini təşkil edəcəklər. Yeni ailə, eyni zamanda, istehsalı dayandırılmış C-Class kupe və kabrioletini də əvəz edəcəkdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.