Almaniyada RS6 Avant GT modelinin qiyməti 219 355 avrodan başlayır, Böyük Britaniyada isə, eksklüziv universal üçün 176 975 funt sterlinq ödəmək gərək olacaq. RS 6 Avant GT modeli 660 nüsxəlik məhdud saylı tirajla buraxılacaq və onlar V8 turbomühərriki ilə təchiz edilmiş ailənin elektrikləşdirilməyən sonuncu avtomobilləri olacaq.

Ekstremal universal dörd il əvvəl nümayiş etdirilmiş RS 6 GTO konseptinin seriya versiyasıdır. Konseptin ilham mənbəyi isə, öz növbəsində, 1989-cu ilin Audi 90 quattro IMSA GTO yarış avtomobilidir.

Əfsanəvi Audi 90 quattro IMSA GTO modelinə istinad təkcə qırmızı, qara və ağ rəngli livreya deyil, həm də avtomobili vizual olaraq daha alçaq göstərən radiator barmaqlığı və bamperlərin tərtibatıdır.

Havalandırma kəsikləri olan ön qanadlar kimi, kapot da tamamilə karbon lifindən hazırlanıb. Eksteryerin digər xüsusi detalları - ikiqat arxa antiqanad və Continental Sport Contact 7 şinləri taxılmış 22-düymlük təkər diskləridir (onlar eksklüziv ağ rəngdə də əlçatandırlar).

İnteryer mis rəngli vurğuları olan qara - qırmızı rəngdə tərtib olunub. Burada inkişaf etmiş yan dəstəyi olan oturacaqlar, qırmızı təhlükəsizlik kəmərləri var, mərkəzi konsolda isə, avtomobilin seriyadakı sıra nömrəsi həkk olunmuş lövhəcik quraşdırılıb.

Audi RS 6 Avant GT modeli 630 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo  mühərrik ilə təchiz edilib - bu, adi RS 6 Avant universalında olduğundan 30 at qüvvəsi və 50 Nm çoxdur. 

Transmissiya - səkkiz pilləli Tiptronic “avtomatı”, ötürmə isə, oxlar və təkərlərarası (arxa) differensialları olan quattro sistemidir. Standart rejimdə dartma qüvvəsi oxlar arasında 40:60 nisbətində paylanır. Bununla belə, sürüşmə zamanı fırlanma anının 70 faizə qədəri ön təkərlərə, 85 faizə qədəri isə, arxa təkərlərə ötürülə bilər.

Ekstremal universal 100 km/saat həddinə 3,3 saniyəyə sürətlənir (adi RS 6 Avant universalından 0,3 saniyə daha yeyin), 200 km/saat həddini isə, 11,5 saniyəyə toplayır. Maksimal sürət - 305 km/saatdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Audi RS 6 Avant GT modeli standart olaraq hündürlüyü 10 millimetr azaldılmış tənzimlənən dayaq-koyloverlər və daha sərt stabilizatorlar (öndə +30% və arxada +80%) ilə təchiz edilir. Əlavə ödəniş müqabilində RS sport suspension plus (üç rejimli Dynamic Ride Control amortizatorları və polad yaylar) asqısı, həmçinin RS adaptive air suspension pnevmatik dayaqları təklif olunur.

Audi RS 6 Avant GT modelinin satışına cari ilin ikinci rübündə başlanmalıdır. Ekstremal universallar Nekkarzulmdakı zavodda yığılacaqlar. Kuzov üzərində çalışmalar və boyama əl ilə həyata keçiriləcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.