Rolls-Royce daha bir ili uğurla başa vurduğunu bəyan edib. Ötən il, hər birində fərdiləşdirmə elementləri olan 6032 avtomobil (+11 ədəd) müştərilərə təhvil verilib. Satışlar demək olar ki, mövcud olan bütün ölkələrdə artıb, lakin Britaniya brendi üçün ən böyük bazarlar əvvəlki kimi ABŞ və Çindir. Yeni rekordlar Yaxın Şərq, Asiya-Sakit okean regionu və Avropada qeydə alınıb. Köhnə Dünyada əsas gəlir gətirən Böyük Britaniya bazarı olub. Ən satılan model Rolls-Royce modeli Cullinan krossoveri olub, ikinci yerdə isə Ghost sedanı qərarlaşıb.

2023-cü il Bespoke şöbəsi üçün bir növ peşəkarlıq üzrə imtahan ili olub. Bölmənin mütəxəssisləri əvvəllər Rolls-Royce avtomobillərində istifadə edilməyən bir çox innovativ həllər hazırlamalı olublar. Ən mürəkkəb layihələrdən biri Phantom Syntopia olub - onun üçün əvvəlcə tibb sənayesi üçün nəzərdə tutulmuş texnologiyaya əsaslanan salonun aromatizasiyası sistemini icad ediblər. Yeni formulalar, habelə yeni boyanma üsulları tələb edən müxtəlif boya və lak örtüklərini xatırlatmağa belə dəyməz.

Keçən il həm də nadir materiallardan istifadənin artması və xüsusi dekor ilə yadda qalıb. Sonuncuya misal kimi, The Pearl Cullinan krossoverində tətbiq edilmiş mirvarini göstərmək olar. Ən ikonik nümunələr əl ilə perforasiya edilmiş dəri bəzəkləri olan Black Badge Cullinan Blue Shadow, Black Badge Ghost Ékleipsis üçün animasiyalı Starlight Headliner və Phantom Inspired by Cinque Terre sedanının Qalereyası üçün yaradılmış tematik şəkil-kollajdır.

2023-cü ildə iki modelin- Wraith və Dawn kupe və kabrioletinin istehsalına son verilib. Eyni zamanda, elektrik Spectre kupesinin istehsalına başlanılıb. Rolls-Royce nümayəndələrinin dediyinə görə, sonuncu, əsasən gənc müştərilər arasında böyük marağa səbəb olub. Əlbəttə ki, möhtəşəm təqdimatlarsız da ötüşməyib. Keçən il son 50 ildə ilk Rolls-Royce rodsteri - Droptail modeli təqdim olunub. Model Coachbuild proqramı çərçivəsində yaradılıb və dörd nüsxədə istehsal olunacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.