1975-ci ildə şotlandiyalı pilot Tom Uokinşou (1946-2010) tərəfindən əsası qoyulmuş və 2002-ci ildə fəaliyyətini dayandırmış Tom Walkinshaw Racing (TWR) şirkəti məhdud saylı tirajla buraxılacaq superkarların istehsalçısı kimi geri qayıdacaq.

Şirkətin idarə edilməsini Uolkinşonun böyük oğlu Ferqus öz üzərinə götürüb. O, keçmiş TWR brendinin ruhunu qoruyacağını vəd edir və gələcək layihələr üçün artıq yüksək ixtisaslı mütəxəssislərdən ibarət komandanı topladığını bildirir. Yeni brend, müştəriləri ənənəvi üsullardan istifadə sayəsində cəlb etməyi düşünür: innovativ dizayn, qabaqcıl mühəndislik və analoq idarəetmə təcrübəsi.

Jaguar XJR-15

Əvvəlki TWR brendinin mirasından maksimum dərəcədə istifadə etmək palnlaşdırılır. Amma həqiqətən fəxr ediləcək çox şey var. Tom Walkinshaw Racing nəinki Le Man, Dakar və Avropa turinq çempionatlarında qalib olub, şirkət həmçinin Jaguar XJR-15 və XJ220 kimi möhtəşəm avtomobilləri istehsal edib.

Jaguar XJR XJ220

Əlavə olaraq, şirkət Renault Clio V6, Aston Martin DB7 və Volvo C70 Coupé modellərinin hazırlanmasında fəal iştirak edib və 1987-ci ildə Tom Uolkinşou Holden Special Vehicles (HSV) şirkətinin həmtəsisçilərindən biri olub. HSV şirkətinin ortağı, Avstraliyada yerləşən Walkinshaw Performance hələ də fəaliyyət göstərir və Holden avtomobillərinin tüninqi ilə məşğuldur.

Üç il əvvəl İngiltərədə qeydiyyatdan keçmiş yeni TWR şirkətinin ilk modeli haqqında məlumat yaxın zamanda peyda olmalıdır. Doğrudur, artıq yeniliyin tizer də dərc olunub. Təsvir ənənəvi olaraq tündləşdirilib və avtomobilin arxa tərəfinin yalnız bir hissəsi görünür, ona görə də onun haqqında dəqiq bir şey söyləmək mümkün deyil.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.